Uzaqlar üçün yeni kitab çap edilir

img

27-04-2009 [04:47]


?Çırtdanın anası? kimi nağıl dünyasında özünəməxsüs yer tutan Aygün Bünyadzadənin ilk kitabı yaxın günlərdə işıq üzü görəcək. Bunu Müstəqil İnformasiya Agentliyinə açıqlamasında yazıçının özü deyib. ?Təhsil? Nəşriyyatında çap olunacaq kitabda onun iki nağılı yer alıb. Bunlardan biri ?Bir damla su?, digəri ?Şirniyyatı atan silahlar? adlanır: ?Özümə söz vermişdim ki, ilk kitabım üçün xərc çəkməyəcəm. 9 il gözlədim və ?Təhsil? Nəşriyyatından gözlənilmədən təklif aldım. Dedilər ki, əlinizədə nə varsa, gətirin, çap edək. Bu mənim ən böyük arzum idi. Hazırda kitab nəşriyyatdadır və yaxın zamanlarda oxucuların ixtiyarına veriləcək. Bu mənim son işim olmayacaq. Əslində, Uşaq ili bizim ilimizdir. Ona görə də, məhz bu ildə qayğı, diqqət artsa, daha yaxşı olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA