ANS-in əməkdazları döyüldü, kamerası sındırıldı, kaseti isə müsadirə edildi

img

27-04-2009 [01:28]


Dünən gecə saat 00.00 radələrində ANS TV-nin əməkdaşları- müxbir Nicat Süleymanov, operator Elmin Muradov, şirkətin korporativ nəzarət xidmətinin əməkdaşı Azər Balayev peşə fəaliyyətini yerinə yetirərkən Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalıblar. Hadisə Yasamal rayonu ərazisində Murtuza Muxtarov 190 ünvanında çəkiliş apararkən baş verib. Belə ki, müxbir Nicat Süleymanov ərazidəki binada söküntü işlərinin hansı qərarla icra edildiyini öyrənmək məqsədilə polis idarəsinin rəisi Möhübbət Hüseynova yaxınlaşıb. Rəis isə məlumat verməkdən və mövqe bildirməkdən imtina edərək tabeçiliyində olan polis əməkdaşlarına çəkiliş qrupundan kamera və kasetin əllərindən alınması əmrini verib. Bundan imtina edən əməkdaşlarımız ərazidə olan təqribən 30 polis işçisinin yumruq və təpiklərinə tuş gəliblər. On dəqiqə ərzində zor tətbiq edildikdən sonra üç nəfərdən ibarət çəkiliş qrupunun kamera və kaseti müsadirə edilib. Sonradan sındırılmış kamera çəkiliş qrupuna qaytarılsa da, polis kaseti qaytarmayıb. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR