Zeynəb Behbudova pərəstizkarlarına sürpriz hazırlayır

img

25-04-2009 [08:48]


Muğam Teatrının solisti Zeynəb Behbudova muğamlardan ibarət disk buraxmağa hazırlaşır. Bu barədə qəzetimizə xanəndə özü məlumat verdi: "Muğam dəqiqliyi sevdiyi üçün bu işə çox məsuliyyətlə yanaşıram. Plan xətrinə olsaydı ildə 10 disk buraxardım. Oxuduğum muğamlarda tar və kamança ilə yanaşı, maraqlı olsun deyə, ud və balabandan da istifadə etmişəm. Artıq işlər tamamlanmaq üzrədir. İnşallah, albom işıq üzü görəndən sonra klip də çəkdirəcəm. Amma klip mənim üçün ikinci dərəcəlidir, çünki mən xanəndəyəm. Təəssüflər olsun ki, indi bəzi ifaçılar muğamda improvizasiya edirlər, amma muğamın ana xəttindən çıxmaq düzgün deyil. Muğamda yad boğazların yeri yoxdur. Efirlərimiz xarici musiqilərə çox yer verdiyi üçün yad boğazlar artıq qanımıza işləyib. Bəzi ifaçılar milli tərzdə oxumaq çətin olduğu üçün asan yola qaçırlar, yad boğazlarla oxuyurlar". Yeri gəlmişkən, bu yaxınlarda YUNESKO-nun təşəbbüsü ilə muğam toplumu çıxdı. Bu topluma Z.Behbudovanın 45 dəqiqəlik diski də daxil edilib. Eyni zamanda sənətçinin pərəstişkarlarına daha bir sürprizi də olacaq. Lakin o, bu barədə açıqlama vermək istəmədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA