Sənətçilər arasındakı qarzıdurma daha da dərinləzdi

img

23-04-2009 [09:02]


[b]Flora Kərimova ilə Sərxan Kərəmoğlunun qarşılıqlı ittihamları əndazəni aşdı, Əli Mirəliyevə isə qapaz vurdular[/b] ATV telekanalında yayımlanan ?El içində? verilişinin növbəti çəkilişləri də qalmaqalla nəticələndi. ?Sənətkar kimdir?? mövzusu ətrafında disput aparmaq üçün verilişə dəvət olunanlar arasında xalq artisti Flora Kərimova və rejissor-aktyor Sərxan Kərəmoğlu da var idi. Bu isə mübahisə üçün zəmin yaranacağından xəbər verirdi. Xatırladaq ki, hazırda Gəncə şəhər Məhkəməsində Flora Kərimova və Sərxan Kərəmoğlu arasında yaşanan insidentlə bağlı proses gedir. Aparıcı Elçin Əlibəylinin Flora Kərimovaya ünvanladığı ?İlhamə Quliyevanı sənətkar hesab edirsinizmi?? sualı vəziyyətin gərginləşməsinə səbəb oldu. Xalq artisti özünün neçə-neçə illər öncə oxuduğu mahnıların kinolarda, tamaşalarda iz qoyduğunu vurğulayaraq, suala sualla cavab verdi: ?İlhamə deyir ki, 40 ildən çoxdur sənətdəyəm, amma 1993-cü ildə oxuduğu ?Neylərsən?? mahnısına kimi onun ifası heç multfilmdə də olmayıb. 25 il ərzində musiqi tarixində heç bir iz qoymayan şəxsi, sənətkar saymaq olarmı?? Nədənsə, Flora xanımın bu sualı hamıdan çox Sərxan Kərəmoğlunu qıcıqlandırdı. O, əsəbi halda Primadonnanın ünvanına deyilən sözlərə iradını bildirdi: ?Siz 40 il öncə İlhamə Quliyeva ilə aranızda olan münaqişəni bu gün də canlandırırsınız. Hər ikiniz böyük sənətkarlarsınız, amma sizin öz kininizi unuda bilməməyiniz nüfuzunuza xələl gətirir. Bəli, mənim İlhamə xanımla da mübahisəm olub, amma o, kinini unuda bildi. Buna görə münasibətlərimiz əvvəlki axarına düşdü. Amma siz, İlhamə ilə aranızda olanlara görə məni də ?qaralamısınız?. Mən sizə barışıq təklif etdim, siz isə məni bağışlamaq əvəzinə alçaldaraq mətbuata ?Sərxan qarşımda diz çökdü? dediniz. Bu nə vaxt olub? Vaxtilə mənə dediyiniz ?bir işin xətrinə qızımı sənə verərəm? sözlərini danırsınız. Qoy Quran gətirsinlər, ikimiz də balalarımızın canına and içək ? belə olub, ya yox!?. F.Kərimova Sərxanın sözlərini cavabsız qoymadı: ?Kim şəxsi işinə görə öz ailəsinin namusunu ortalığa qoyar? Mən öz namus-izzətimi dəyərləndirdiyim üçün məhkəmələrə düşmüşəm və axıradək də gedəcəyəm. Sən ?Biz+? jurnalına müsahibəndə ?Flora sənətinə, Flora şəxsiyyətinə tüpürürəm. Mən ancaq mömin qadının qarşısında diz çökərəm, Flora Kərimovanın yox!? demisən. Bunu bağışlamaq olarmı? Müsahibələrinin birində isə demisən ki, İlhamə Quliyeva məni Flora Kərimovanın əleyhinə yalan danışmağa sövq etdi. Sənin hansı sözünə inanaq?!?. Zalda oturanlar yekdilliklə Flora Kərimovanın tərəfini tutsalar da, Sərxan Kərəmoğlu sakitləşə bilmirdi. Lakin xalq artisti mühim işi olduğunu deyərək, çəkiliş meydançasını tərk etmək məcburiyyətində qaldı. ?El içində?nin digər qonaqları - özünə ?qalmaqallar kralı? kimi yeni titul qazanan müğənni Əli Mirəliyev və Təranə Vəlizadə arasında da dava düşdü. Özünü sənətkar adlandırmağa cürət etmədiyini deyən Əli Mirəliyev daima tənqid etdiyi Səməd Səmədovu nəinki sənətkar, heç müğənni belə saymadığını bildirərək, ?Səməd kimdir? Krolik? - dedi. Daha sonra o, özü ilə yanaşı oturan əməkdar artist Təranə Vəlizadəni də sənətkar saymadığını dedi: ?Təranə xanımın sənətinə böyük hörmətim var. Amma 40 ildir oxumasına baxmayaraq, ona sənətkar deməzdim. Sənətkarlıq stajla ölçülmür. Təranə xanıma sadəcə ?bacım? deyirəm?. Əli Mirəliyev Təranə Vəlizadənin irad bildirməsinə də imkan vermədi: ?Sən boş-boş mızıldanırsan. Düz-əməlli söz demirsən. Oxuyanda da belə oxuyursan!?. Bu sözləri təhqir kimi qəbul edən Təranə xanım isə həmkarının başına bir qapaz vuurdu. Əli Mirəliyevsə ufuldayaraq şikayət etdi: ?Nə pis vurdun, başım ağrıdı. Sən bilmirsən ki, insult keçirmişəm. Özü də başımın ağrıyan yerinə vurdun!?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA