QHT-lərin müraciəti birmənalı qarzılanmadı

img

22-04-2009 [07:45]


Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu ildə keçirdiyi qrant müsabiqəsinin nəticələrindən narazı qalan QHT rəhbərlərinin bu gün ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etməsi birmənalı qarşılanmayıb. Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli Müstəqil İnformasiya Agentliyinə açıqlamasında narazı QHT rəhbərlərinin addımını təqdir etmədiyini deyib. QHT Şurasının 2009-cu ildə keçirdiyi qrant müsabiqəsinin nəticələrindən özünün də narazı qaldığını xatırladan DJL sədri hüquqi müstəvidə mübarizə aparmağın tərəfdarı olduğunu bildirib: ?QHT Şurası DJL-nin hərtərəfli əsaslandırılmış və yüksək peşəkarlıqla hazırlanmış layihəsini maliyyələşdirməkdən imtina etdi. Biz narazılığımızı açıq şəkildə bildirərək, Şuranın nəzdində fəaliyyət göstərən Apellyasiya Komissiyasına şikayət etdik. Hesab edirəm ki, narazı QHT rəhbərləri də analoji qaydada davranmalı, hüquqi müstəvidə mübarizə aparmalıdırlar?. Y.Məmmədli QHT Şurasının ictimai rəydə gözdən salınmasının doğru olmadığını da deyib: ?Bu qurumun yaradılmasında məqsəd QHT sektorunun inkişafına dəstək vermək, ölkədə vətəndaş cəmiyyətinin bərqərar olmasını sürətləndirməkdir. QHT Şurasının nüfuzdan düşməsi bütövlükdə ictimai institutların fəaliyyətinə mənfi təsir göstərəcəkdir. Şuranın işində müəyyən nöqsanların olduğunu mən də qəbul edirəm. Ötən həftə Media Mərkəzində qurumun rəhbəri Azay Quliyevin iştirakı ilə təşkil olunmuş debata qatılıb, Şuranın fəaliyyətindəki nöqsanları onun nəzərinə çatdırdım. Bizim əsas vəzifəmiz nöqsanları aradan qaldırmaq, QHT Şurasını daha işlək vəziyyətə gətirməkdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR