Baz hərbi komissarın villaları nəzarətə götürüldü

img

22-04-2009 [04:08]


[b]Əliağa Hüseynovun Almaniyadan ölkəyə qayıtması ən yuxarı səviyyədə tələb olunub[/b] Müdafiə nazirinin müavini, general Rail Rzayev qətlə yetiriləndən sonra onun yaxın ətrafı da basqılara məruz qaldı. Generalın sağlığında daxil olduğu şərti adı ?Salyan qruplaşması? olan ittifaqın lap üst qatında dayanan məmurlara qarşı konkret addımlar atılmağa başladı. İlkin olaraq mərhum general R.Rzayevin qardaşı Rəfael Rzayev Şamaxı rayonunun hərbi komissarı vəzifəsindən çıxarıldı. Bunun ardınca isə generalın qudası, respublikanın hərbi komissarı, general Əliağa Hüseynovun səlahiyyətləri minimuma endirildi. Vəziyyətin getdikcə gərginləşdiyi bir məqamda Ə.Hüseynovun məzuniyyətə çıxaraq Almaniyaya yollanması barədə xəbərlər gəldi. Baş hərbi komissarın Almaniyadan qayıtmayacağı xəbərlərinin yayılmasına rəğmən Ə.Hüseynov Azərbaycana döndü. Bəzi xəbərlərə görə, Ə.Hüseynov məzuniyyətə çıxıb istirahətə yollanandan sonra ölkədən böyük maliyyə vəsaitləri çıxarılıb. Yuxarılara həmin pulların Ə.Hüseynova məxsus olması ilə bağlı səhih məlumatlar verilib. ?Bundan sonra isə baş hərbi komissarın yaxınları və ona məxsus evlər, villalar nəzarətə götürülüb. Onun şəhərin və yarımadanın ən müxtəlif hissələrində çoxsaylı villaları, mənzilləri var. Dövlət Əmlakının Qeydiyyata Alınması üzrə Reyestr Xidmətinə isə tapşırılıb ki, məlum siyahıda olan (general Hüseynova məxsusluğu müəyyənləşdirilən, yaxud da şübhələnən) əmlakların satışına, başqa ada sənədləşməsinə imkan verilməsin. Hüseynovun özünə isə ölkəyə qayıtmaq tapşırılıb?- deyə bu barədə məlumat verən hökumətə yaxın qaynağımız bildirir. Onun sözlərinə görə, hərbi komissar taym-aut götürərək Almaniyaya yollanmaqla qudasının qətli ətrafında cərəyan edən hadisələrdən kənarlaşmaq və özünə məxsus maliyyəni xaricə transfer etdirərək, onları daha etibarlı şəkildə yerbəyer etmək istəyib. Gələn xəbərlərə görə, bu işdə möhkəm yanıb; hava limanının hüquq-mühafizə və təhlükəsizlik xidmətlərinin rəisləri böyük partiya pulu (10 milyon avro olması barədə iddialar var - red.) qeyri-qanuni olaraq transfer edərkən suçüstü yaxalanıblar və işdən çıxarılıblar. Məlumatlara görə, xaricə ötürülən paralar generala məxsus olub. Nəticədə general Hüseynov da, onun ölkədən çıxartmaq istədiyi paralar da ölkəyə qaytarılıb; üstəlik, ölkənin mərkəzi hava limanı da gücləndirilib. Təsadüfi deyil ki, indi limanın polis rəisi general rütbəsi daşıyır; Azərbaycan tarixində ilk dəfə bir generalı (Novruz Novruzov) daxili işlər nazirinin müavini kimi dövləti vəzifədən aeroport kimi ?toçka?ya təyin edirlər. Bunun anlamı odur ki, ölkə rəhbərliyi xaricə çıxış pəncərələrini tam nəzarətə götürür və oralara daha çox etibar olunan kadrları yerləşdirir. Bu, həm də o deməkdir ki, bundan sonra da böyük sərvəti olan vəzifəli məmurlar vurulacaq; avtomatik olaraq onlar da əllərindəki sərvəti daha təhlükəsiz məkanlara daşımaq təşəbbüsləri göstərəcəklər...<%-1> Qeyd edək ki, dünən generalın şəhərin mərkəzində yerləşən bir neçə evinə baş çəkdik. Onların heç biri onun daimi yaşayış yeri deyil; Xəqani 19 ünvanındakı evinə onun hərdən bir nəfər qadınla gəlməsi barədə xəbər aldıq; onu da müşahidə edə bildik ki, getdiyimiz ünvanlardakı mənzillər gözlə görünən tərzdə müşahidə altında deyildi. Lakin həmin mənzillər onsuz da xüsusi qoruma altındadır və bizə bilgi verildi ki, oraların rəsmi qoruyucularına özəl təlimatlar verilib. Bu cür təlimatlar olduğumuz başqa bir ünvanda - Nizami 68-də də keçərlidir; orada general Hüseynovun 2 mənzili var... Xatırladaq ki, R.Rzayevin qətlindən sonra ?Salyan qruplaşması?nın ən önəmli simalarından olan nəqliyyat naziri Ziya Məmmədovun barəsində mətbuata kompromatlar ötürülməyə başlayıb. Qruplaşmanın digər, özü də yeganə qeyri-salyanlı üzvü müdafiə naziri Səfər Əbiyevin də əvəzlənəcəyi xəbərləri yayılıb. [b]"Yeni Müsavat"[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR