Qaçqın və məcburi köçkün jurnalistlər BAMF-da bir araya gəliblər

img

21-04-2009 [03:45]


Kütləvi İnformasiya Vasitələrində çalışan bir qrup qaçqn və məcburi köçkün jurnalist Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) bir araya gəliblər. Onlar Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarından didrgin düşmüş jurnalistlərin problemlərini birlikdə müzakirə ediblər. Tədbirə qatılan həm Ermənistandan, həm də Qarabağdan olan qaçqın və məcburi köçkün jurnalistlər çıxış edərək qarşılaşdıqları problemlərdən və onun çıxış yollarından danışıblar. BAMF-ın sədri, Mətbuat Şurasının sədr müavini və şikayətlər komissiyasının rəhbəri Umud Rəhimoğlu qaçqın və məcburi köçkün jurnalistlərin bir araya gəlməsinin vacib olduğunu qeyd edib. O, BAMF-ın Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası (ECRE) ilə və digər beynəlxalq qurumlarla geniş əlaqəsindən danışarkən bunları deyib: ?Bildiyiniz kimi, uzun illərdir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu dünyada nüfuz sahibi olan bir çox beyn?lxalq qurumlarla yax?ndan əməkdaşlıq edir. Onlarla birgə layihəlr həyata keçirir. Bu istiqamtd bizim təşkilatın böyük təcrübəsi mövcuddur. Mən istəyirəm ki, bu təcrübədən v beynəlxalq əlaqələrimizdən yararlanaraq qaçqın və məcburi köçkün jurnalistlərin bir çox problemlərinin həllinə, o cümlədən işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində aparılan işlərə öz töhfəmizi verək? .

Digər xəbərlər
SON XƏBƏRLƏR