Aygün Kazımovanın sponsoru üstə dava düzüb

img

20-04-2009 [05:40]


[b]Zöhrab Ağayev isə bunun Natəvan Həbibiyə aidiyyatı olmadığını deyir [/b] Müğənni Nuranın aprelin 15-də "Elbaro" restoranında keçirilən ad günündə baş verən qalmaqal bir sıra mətbu orqanlarda öz əksini tapdı. Xatırladaq ki, bu olayla bağlı yazılarda ad günündə iştirak edən iki şəxs - gənc rejissor Zöhrab Ağayev və "Krem 21" şirkətinin rəhbəri, xalq artisti Aygün Kazımovanın yaxın dostu, eyni zamanda, onun ATV telekanalında apardığı "Xeyir ola?" verilişinin baş sponsoru Fadal Bazzi arasında münaqişə haqda məlumat verilib. Həmin məlumatlara əsasən münaqişə Zöhrab Ağayevin Fadala müraciət edərək, A.Kazımovaya deyil, daha gənc və perspektivli Natəvana sponsorluq etməsini məsləhət görməsi zəminində yaranıb. Qalmaqalın "baş qəhrəmanı" Z.Ağayev redaksiyamıza zəng edərək, mətbuatda dərc olunanların dəqiq məlumat olmadığını bildirdi və hadisənin təfərrüatlarını qəzetimizə açıqladı: "Bəzi kütləvi informasiya vasitələri sensasiya xətrinə qeyri-düzgün məlumatlar dərc edirlər. Nuranın ad günündə baş verənlər də düzgün işıqlandırılmayıb. Nuranın məni öz ad gününə dəvət etməməsi haqda bəyanat verməsi də təəccüblüdür. O, ad gününə məni şəxsən dəvət etmişdi. Nura məni özü ilə səhv salmasın. Çünki dəvət olunmadığı yerlərə getməyi, o xoşlayır. Necə ki, Aygün Kazımovanın ad gününə dəvətsiz getmişdi. Bilmirəm, mətbuata yanlış məlumatı kim sızdırıb. Mən, ad günü olan məkana gecə 1-ə yaxın getmişəm. Məclis demək olar ki, dağılmışdı. Fadal ilə eyni masa arxasına oturdum. Söhbət əsnasında ona dedim ki, hamıya sponsorluq edirsiniz, bəs, gənclərə niyə köməklik göstərmirsiniz? O isə mənə dedi ki, Aygündən başqa heç kimə sponsorluq etmirəm. Mənsə bildirdim ki, demirəm Aygünə sponsorluq eləmə. Onun xətrini çox istəyirəm, bir sənətçi kimi də ona hörmətim var. Fadal isə dedi ki, mənim üçün Aygün Kazımova Allahdır. Bununla bağlı ona öz iradımı bildirdim və dedim ki, kimsə Allahdan və insanın valideynlərindən öndə dura bilməz. Şəxsən mənim qəlbimdə, nə qədər yaxın olsaq da, Natəvan Həbibi Allahım və doğmalarımdan sonra yer tutur. Fadal isə dedi ki, Natəvan kimdir?! O, Aygünün dırnağı da ola bilməz. Mən də bildirdim ki, Natəvanın nə Fadala, nə də başqa sponsora ehtiyacı yoxdur. Hazırda o, Rusiyanın 1 nömrəli prodüseri Maks Fadeyevlə işbirliyi qurur, onun mahnılarını yazdırır. Fadal sərxoş idi. O, Aygünün sağlığına badə qaldırdı. Ətrafdakılar isə dedi ki, bu gün Nuranın ad günüdür, onun sağlığına içmək lazımdır. Fadal isə inciyib məclisi tərk etdi". Z.Ağayev bəzi KİV-lərdə onun Natəvanın prodüseri kimi təqdim olunmasına da etiraz etdi. Bildirdi ki, prodüser deyil, rejissordur və Natəvanla sadəcə dostdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA