Baloğlan Əzrəfovun layihəsi reallazır

img

19-04-2009 [05:30]


Əməkdar artist Baloğlan Əşrəfov 3-4 aydan çoxdur çəkdiyi əziyyətə sabah Heydər Əliyev Sarayında nöqtə qoyacaq. O, həmin sarayda möhtəşəm proqramla çıxış edəcək. Dediyinə görə, bu proqrama dəvət olunan iki gənc də onun mahnılarını oxuyacaq: "Proqram çox rəngarəngdir. Repertuarda xalq, bəstəkar mahnıları ilə yanaşı öz bəstələrim də yer alıb. Bundan başqa, duetlər də nəzərdə tutulub". Bununla yanaşı, B.Əşrəfov ölkədə fəaliyyət göstərən səsyazma studiyalarının rəhbərlərinə mesaj da ünvanladı: "Bu günə kimi kaset satışı ilə məşğul olan studiyaların işinə qarışmamışam. Amma "Reytinq" vasitəsiylə onların nəzərinə çatdırıram ki, mənim icazəm olmadan hər hansı bir firma, yaxud da studiya konsertin kasetini satışa çıxarsa, son dayanacaq yeri hüquq-mühafizə orqanları olacaq. Çünki məqsədim kaseti mükəmməl şəkildə yazdırıb, sonra satışa buraxmaqdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA