19-04-2009 [03:13]
[b]Şair-bəstəkar tandemi Alim Qasımovla birgə yeni layihəyə imza atacaq [/b]
[color=800000]Baba Vəziroğlu Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin və Yazıçılar Birliyinin üzvüdür. Amma özü demişkən, o tərəflərə heç yolu düşmür. "Mən ittifaqlarla bağlı adam deyiləm, daha çox azadlığı sevirəm. Yəni, azad sənətkaram. Rəsmi işim var, amma bunun mənim yaradıcılığıma aidiyyatı yoxdur".[/color]
[b]- Mahir Dərviş, bəlkə də çoxlarının tanımadığı şeir həvəskarı-rejissor deyir ki, ya şair şeirinə oxşamalıdır, ya da şeir şairə. Yazıçı, həm də sevilən mahnıların söz müəllifi buna cavab olaraq nə deyə bilər? [/b]
- Vaqif Səmədoğlunun bir şeiri var: "Günlər bir-birinə bənzəməz". Şeirlər də belədir, bir-birinə bənzəmir, aralarında yerlə göy qədər fərq var. İnsan özünə oxşayanda, şeiri də özünə oxşayır. Və əksinə, özü olmayanda şeiri də özünə oxşamır.
[b]- Mənim üçün "Baba Vəziroğlu" imzasının tanıtımı çox-çox əvvəllər "Ulduz" jurnalında, son səhifədə kiçik şriftlə dərc edilmiş bir qeydlə baş verib: ""Qardan sonra" hekayəsində adı hallanmış universitetin jurnalistika fakültəsinin müəllimi"... [/b]
- Ardını deməyə də bilərsiniz. Baba Vəziroğlu imzası ondan qat-qat əvvəl tanınırdı. Mən jurnalistika fakültəsində oxuyurdum. Bir ildən sonra Şirməmməd Hüseynov məni universitetdən qovdu. Bu, sadəcə, bir anlaşılmazlıq idi. Jurnalistika fakültəsində oxuyanda, tez özümdən çıxdım, qoltuğum tez qarpızlandı. Dərslərə getmirdim, ilin axırında isə zaçot və imtahanlara girmədim. Arxayın idim ki, mənə heç nə deməzlər. Çünki şeirlərim çap olunurdu, televiziyada veriliş aparırdım, hətta mərhum Şövkət Ələkbərova mahnımı oxuyurdu. ?ə qədər xahiş-minnət olsa da, Şirməmməd müəllim razı olmadı. Onun acığına oturub bir ay hazırlaşdım və acığa yenidən jurnalistika fakültəsinə sənəd verdim və qəbul olundum.
Şirməmməd müəllimin isə qovduğu tələbəni nəinki jurnalistika fakültəsinə, heç universitetə yaxın buraxmırdı. Dərs ilinin əvvəlində, yəni sentyabrda məni görəndə az qaldı infakt olsun: "Sən bura necə düşdün..?"
[b]- O dövrdə nəğməkar şairlər çox idi, amma indi sırada seyrəklikdir... [/b]
- Bəli, Cabir ?ovruz, ?əbi Xəzri, ?üsrət Kəsəmənli, mən... Bilirsiniz, bu nədən irəli gəlir? O zamanlar şairlə nəğməkar şair arasındakı fərq demək olar ki, nəzərə çapmırdı. Şair və nəğməkar şair, - əslində hər ikisi eyni anlamın daşıyıcısıdır. Bu gün isə bir çox diletantların meydana çıxması və özlərinə bəraət qazandırması bu iki məfhum arasında uçurum yaradıb. Yəni deyəndə ki, sən heç qafiyənin nə olduğunu bilmirsən, üzə durur ki, mən şair deyiləm, nəğməkaram. ?əğməkar şair a! Mənasız söz yığınını musiqi notlarına pərçimləyən diletant!..
Bir sözlə, bu gün nəğməkar şairlər kəmiyyətcə çoxdur. Amma keyfiyyət məsələsinə diqqət yetirdikdə, görürsən ki, tək-tükdür. Əlbəttə, mahnı janrında az-maz səviyyə hələ ki qalmaqdadır. Amma köhnə əbədi nəslin hesabına. Çünki "Ay canı yanmış" və s. bu tipli bəstələr şedevr sayıla bilməz.
[b]- Mahnı janrında görünməyən və görünən rəqabəti etiraf edirsinizmi? [/b]
- Rəqabət həmişə və bütün sahələrdə olub və var. Və yaradıcı mühitdə başqasından, yəni rəqibindən fərqlənmək normal bir şeydir. Amma bu hər zaman müəyyən çərçivələr daxilində olub. İndi isə rəqabət insani, əxlaqi meyarların gözlənildiyi yaradıcı müstəvidən, kobud desək, abırsızlıq müstəvisinə keçib. Bilmirəm, bu insanların cılızlaşmasından, yoxsa cəmiyyətin "inkişafı"ndan irəli gəlir. Çayxana qeybətləri və yataq etirafları geniş auditoriyaya ayaq açıb, mətbu və elektron KİV-lə tirajlanır. Heç kim anlamaq istəmir ki, mahnı yaradıcılığı çox mürəkkəb bir istehsalat prosesidir. Sən dinləyicini və ya tamaşaçını ələ almalısan. Mahının hazırlanması mətbəxinə nəzər salanda isə bu işin çox "çirkin bir proses" olduğunu görürsən. Bir rus şairəsi demişkən, şeirin hansı zibillikdə yarandığını bilsəniz, bəlkə də onu heç oxumazsınız.
[b]- Şeir şairin yaradıcı məhsuludur. Bəstə - bəstəkarın. Heç olubmu ki, bəstəkarın istəyi ilə şeirə düzəliş verəsiniz?[/b]
- Mahnı janrında işləmək artıq qaydaları öncədən bəlli olan oyuna daxil olmaq deməkdir. Və hər bir sahədə olduğu kimi burada da müəyyən qanunlar var. Onları mütləq kimi qəbul etmək sənin borcundur. Əgər qaydaları qəbul etmirsənsə, onda bu meydana girə bilməzsən, ya da sakitcə ortadan çəkilməlisən. Mahnı "birgəyaşayış qanunu" ilə meydana çıxır. Həm şeir, həm musiqi, həm də ifa, ona tabe olmalıdır. Uyğunluq, sintez alınmadıqda şeiri özün korlayırsan. Bu imkanı bəstəkara vermirsən. Çünki bəstəkarın onu korlamağa gücü çatmaz. Yeri gəlmişkən, ədəbi məhsulu korlamaq üçün də istedad lazımdır. Milli ədəbiyyatımızda elə şairlər var ki, mahnı janrında ya iştirak etməyiblər, ya da iştirakları çox uğursuz olub. Həqiqət isə budur ki, mahnı şairi olmaq bəzilərinə asan gəldiyi qədər də asan deyil.
[b]- Bəs, necə edəsən ki, mahnı həm sadə, həm də bayağı olmasın. Üstəlik, təkcə şeiri ilə deyil, həm musiqisi, həm də ifası ilə ürəklərə yol tapsın, zamanla köhnəlməsin? [/b]
- Çoxları bilmir ki, mahnı şeirinin tələbləri tamamilə başqadır. Mahnının populyar olması üçün bədii fikir mütləq önəm daşayır. Əlbəttə, ən böyük həqiqətlər sadəlikdə olur. Sadəcə, onu çox istedadlı şəkildə demək lazımdır. Məsələn, "Mən səni sevirəm" cümləsi poetika deyil, informasiyadır. Əfsuslar olsun ki, bu gün bunu hələ də poetika kimi qəbul edən "nəğməkar şairlərimiz" var. Həmin insanların səhvi və faciəsi də məhz burdan başlayır.
[b]- Yaxşı, bəs, poeziya haradan başlayır? [/b]
- Sovet dönəmində, adətən, belə şeylərdən danışmaq gülüc səslənirdi. Çünki hamı ədəbiyyatın əlifbasını bilirdi. Bu gün elə insanlar var ki, onlarla söhbətə ədəbiyyatın əlifbasından başlamaq lazımdır. Təkrarçılıq çıxmasın, mahnı sözü tamam fərqlidir. Poetik fikir səlis olmalıdır, məsələn, "Lalələr" mahnısındakı kimi. Onun müəllifi tanınan şair deyildi. Amma nəğmə mətni yüz ildə keçsə də, yaddan çıxmayacaq.
[b]- Bəzən musiqi, ifa şeirin bəsitliyini unutdurur? [/b]
- Razıyam, mahnının qəribə taleyi olur.
[b]- Məsələn, Nigar Rəfibəyilinin "Ala gözlüm"ü kimi?[/b]
- Əsl mahnı məhz belə olmalıdır. Mahnını dinləyəndə onun ayrı-ayrı kompanentləri mütləq yaddan çıxmalıdır. Bədii əsərin gözəlliyi elə budur.
[b]- Amma Müşfiqin "Yenə o bağ olaydı"sı Eyyub Yaqubovun ifasında bədii gözəlliyini itirib...[/b]
- Ola bilsin ki, bəstəkarın onu tutmağa qüdrəti çatmayıb. Əslində o şeirə birinci dəfə müraciət olunmur, bir neçə bəstəkar mahnılar bəstələyib. Amma Müşfiqin sözlərinə hələ ki insanların ürəyini titrədən musiqi və ifa eşitməmişəm.
[b]- Rəsmi şəkildə üzvü olduğunuz Yazıçılar Birliyində də ürəyi titrətməyən musiqi və ifalar eşidilir... [/b]
- Hamısından xəbərim var. Mən ümumiyytələ, qalmaqallara pis baxıram. O ki qala ədəbi mühitdə baş verənlərə.
[b]- Həm də heç kimin başqasının kitabını oxumadan onun haqda rəy dediyi dövrdə. Məsələn, Rüstəm İbrahimbəyov-?izami Cəfərov dartışması qutarmamış Çingiz Abddulayev-?izami Cəfərov çəkişməsi gündəmi zəbt edib... [/b]
- Ömrü boyu fikir müxtəlifliyi, söz azadlığı uğrunda mübarizə aparmışıq. Fəxrlə deyirik ki, demokratik bir dönəm əldə etmişik. Hər kəsə öz düşüncəsini qorxusuz-hürküsüz söyləmək səlahiyyəti verilib. Təbii ki, ?izami Cəfərov sıradan bir adam deyil. İsmayıllının çobanı bunu söyləsəydi, deyərdim ki, o kimdir və nə haqla bunu deyir?
[b]- Amma bayaq söylədiyimə qayıdaraq, heç kəs heç kəsin kitabını oxumadan fikir söyləyirsə, bu nə dərəcədə haqlı iradlardır?[/b]
- Yox, belə də olmaz. Əgər kimsə kiminsə kitabından xəbərsizdirsə, onun haqqında fikir yürürdə bilməz.
[b]- Başqa bir həqiqət: əgər Çingiz Abdullayev təxminən 100-ə yaxın ölkədə nəşr olunursa? [/b]
- Bu, zəif arqumentdir. Çingiz Abdullayev dostumdur. Amma onu müdafiə edəndə bu arqumentdən yapışmaq olmaz. Çox qəribədir ki, onun özü də həmin arqumentdən ikiəlli yapışır. 100 ölkədə nəşr olunmaq ədəbiyyat göstəricisi deyil. Mən də az qala yüz dəfə demişəm ki, mahnı yazmaq mənim hobbimdir. Amma özümü güclü yazıçı sayıram. 5 nəsr kitabım var, doğrudur, Çingiz Abdullayevinki qədər tərcümə edilməyib. Bununla belə, heç nəyi bilməsəm də, ciddi ədəbiyyatın nə olduğunu gözəl bilirəm. Mahnı sahəsini özümə yaxın buraxmağımın isə özəl səbəbləri var. Ədəbiyyata gəlincə, o, kəmiyyət göstəricisini qəbul etmir. O ya ədəbiyyatdır, ya da deyil.
[b]- Sizi hansı sahədə daha çox qısqanırlar, mahnıda, yoxsa ciddi ədəbiyyatda? [/b]
- Ciddi ədəbiyyatın qiymətləndirildiyi vaxtlarda məni o sahədə qısqanırdılar. Artıq heç kəsin heç kəsin kitabını oxumadığı bir zamanda isə mahnı janrında.
[b]- Yəqin razılaşarsınız, bu qısqanclığın arxasında daha çox Baba Vəziroğlu deyil, Baba Vəziroğlu-bəstəkar Kamal yaradıcılıq birliyi durur. "Kamal" imzası isə artıq heç kəs üçün sirr deyil. Ən azı özü İTV-də çıxış etdi və "Sən elə bir zirvəsən" əsərinin tarixcəsində hər şey gün kimi aydın oldu. [/b]
- Ola bilsin ki, qısqanclıq o çıxışdan sonra daha da çoxalıb. Burda xüsusi heç nə yoxdur, Kamal bəstəkardır, kim mahnı mətni yaza bilirsə, getsin, onunla işləsin. Sadəcə, ağzıgöyçəklər başa düşmür ki, mahnı janrında tandemlər mövcuddur. Cabir ?ovruz-Oqtay Kazımi, Fikrət Qoca-Ramiz Mirişli və s. iş birlikləri sayəsində gör nə qədər mahnılar yaranıb!
[b]- Kamalla neçə mahnı üzərində birgə işləmişsiniz? [/b]
- 50-yə yaxın.
[b]- Mahnının hansı müğənniyə verilməsi haqqında qərarı kim verir? [/b]
- Müxtəlif variantlar olur. Bəzən mahnı hazır olan kimi bilirik, daha doğrusu, Kamal deyir ki, bu, filankəsin səsi üçün nəzərdə tutulub. Mahnı ifa ediləndə isə bilinir ki, seçim doğrudur, ya doğru deyil.
[b]- Sizcə, tandeminizin ən uğurlu işi hansıdır? [/b]
- Vətənpərvərlik mövzusunda yazılmış, Ulu Öndər Heydər Əliyevə həsr edilmiş "Sən elə bir zirvəsən". Lirika cəhətdən isə "Səndən nigaranam" adlı mahnı. Bu mahnı artıq bütün müsəlman ölkələrində xeyli populyarlaşıb. Bizə elə gəlirdi ki, məhz ilk ifaçı onu məşhurlaşdıracaq. Ancaq belə olmadı. Tamamilə gözləmədiyimiz yerdən bəxt ulduzu doğdu. Yəni əvvəldən qərara gəlmişdik ki, onu Aygür Kazımova oxuyacaq. Aygün oxudu və bir də baxdıq ki, mahnının sorağı Özbəkistandan, Türkiyədən gəlir. Ümumiyyətlə, mahının taleyi qəbibədir. Məsələn, "Sən elə bir zirvəsən" mahnısını Azərbaycanda ifaçı qalmayıb oxumasın. Amma Ağadadaş Ağayevin ifasında mahnı özünü tapdı. Çox adam elə bilir ki, biz bu mahnını Heydər Əliyevin ölümündən sonra yazmışıq, amma əslində o, prezidentin sağlığında yazılıb və şəxsən dinləyib. Ən təsirlisi odur ki, ömrünün son günlərində də o, həmin mahnını dinləmək istəmişdi. Heydər Əliyev həyatda olarkən nədənsə mahnı yaşamırdı. Lakin sonra elə bil bu mahnıya ikinci həyat verildi.
[b]- "Avrovijn" tipli müsabiqələr üçün mahnı yazmaq işindən nə əcəb kənarda qalmışsınız? [/b]
- İlk gündən mən bu məsələyə bir az barmaqarası baxmışam. Çünki mənim üçün əsla ciddi iş deyil. Mən bu müsabiqədə sənət yarışması görmürəm. Bu, siyasi bir oyundur.
[b]- Fərhd Bədəlbəyli də etiraf edir ki, "Avrovijn"də seçim siyasətdən tam asılıdır. [/b]
- Əlbəttə, görün iş nə yerə qaldı ki, hətta Türkiyə Ermənistan kimi düşmən ölkəyə səs verdi. Siyasət meydanında sənət yarışmasının getməsi nə dərəcədə normaldır?!
[b]-Bəs, siysət adamının sənətdə görünməyini necə qarşılayırınız? [/b]
- Bu, başqa şeydir. Sənət xəstəlikdir. Amma çox gözəl xəstəlikdir. O, adamdan soruşmur ki, sənə yoluxum, ya yoluxmayım.
[b]- Deməli, ən qüdrətli padşahların, tutalım, divan yazıb dünyadan getməsi normaldır? [/b]
- Bəli. Bir anlıq bu fani dünyadan tədric olunub ağ kağızla üz-üzə qalan, nəsə yazan insan bütünlüklə pis ola bilməz. Onun içində hökmən bir nur, parlaq bir işıq var.
[b]- Bəs, sənətlə gündəmə gəlib padşah olmasa da, deputat olmaq istəyənlərə münasibətiniz necədir? [/b]
- İnsanın iddialı olması yaxşı şeydir. Amma iddia bütün daxili imkanları aşanda, bu, bir az patalogiyaya yaxınlaşır, artıq qorxulu xəstəlik halını alır.
[b]- Lətifəsi Sizdən uzaq, sənətdən siyasətə gəlmək iddianız varmı?[/b]
- Yox. Mən heç vaxt bu iddiada olmamışam.
[b]- Həm azəri türkcəsi, həm də Anadolu türkcəsində, kəndinizə nə vaxt qayıdırsınız? [/b]
- İmkanım olarsa, hər həftə. İşlər imkan vermir. Amma ora gedəndə adam gəlmək istəmir. Kənd çox gözəldir. Kəndə qayıtmaq - özünə qayıtmaqdır. Mən torpaq ünsürüyəm. Torpaq məni daim çəkir. İsmayıllının nadir yerləri var. Özümə bir məkan seçmişəm. Bir tərəfi çay, üç tərəfi meşə. İnsan özünü yalnız burda tapa bilər. Xəyallarda arzuladığı yerdə. Amma son vaxtlar işim başımdan aşır. Yeni bir layihəmiz var. Baba Vəziroğlu, Kamal və Alim Qasımovun birgə ərsəyə gətirəcəyi musiqi əsəri. Muğam və mahnıdan ibarət, muğamdan kiçik, mahnıdan böyük "İlahi". Hələlik musiqi Alim Qasımovun "mətbəxindədir". Heç kimi yaxın buraxmır, gecə-gündüz işləyir. İnşallah, yaxın gələcəkdə layihənin böyük bir təqdimatı olacaq. Hətta bu əsəri dünya arenasına çıxmaq fikrindəyik.
[b]Bahar RÜSTƏMLİ [/b]