Mer postu uğrunda mübarizə qızızıb

img

17-04-2009 [05:17]


[b]Amma bu mübarizəyə qoşulanlar hələlik tədbirli davranırlar [/b] Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun istefaya göndərilməsi ilə bağlı informasiyalar son vaxtlar mətbuat üçün maraqsız olub. 2005-ci ildə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonra H.Abutalıbovun postunu itirəcəyi ilə bağlı xəbərlər ardıcıl olaraq qəzet səhifələrində özünə yer tapsa da, o, səlahiyyətlərinin bir hissəsini itirmək hesabına vəzifəsini qoruya bildi. H.Abutalıbovun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər doğrulmadığından, artıq bu mövzu mətbuatın diqqətini çəkmir. "Reytinq"ə verilən məlumata görə, 2005-ci ildən indiyə kimi H.Abutalıbovun istefaya göndəriləcəyi xəbərlərinin doğrulmaması mer postu uğrunda mübarizəni dayandırmayıb. Əksinə, son vaxtlar bu mübarizə daha da şiddətlənib. İqtidarın beynalxalq qurumların qarşısında israrla Bakı bələdiyyəsini yaratmaqdan imtina etməsi də, mer postuna marağı artırıb. Hətta güclü şəxsin H.Abutalıbovu əvəzləyəcəyi təqdirdə Bakı Şəhər İcra Hakimiyyətinin əvvəlki səlahiyyətlərinin bir hissəsini geri qaytarılacağı da bildirilir. Azərbaycanda dəyişikliklər adətən ictimaiyyətin gözləmədiyi məqamlarda oluduğu üçün Bakı merinin də qəfil dəyişikliyi istisna deyil. Mübarizəyə hazırda Bakı Şəhər İcra Hakimiyyətində çalışan şəxslərin də qoşulduğu bildirilir. Amma ən şanslı namizədin kənardan olması da mümkündür. Qeyd edək ki, bu günə kimi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, nəqliyyat naziri Ziya Məmmədovun özünə yaxın şəxsin meri olması üçün səy göstərdiyi vurğulanırdı. Bizi bilgiləndirən mənbənin iddiasına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bu posta namizədi hazırda digərlərindən şanslıdır: "Əbülfəs Qarayevin namizədinə indiyə kimi bir neçə rayona icra başçısı getmək təklif olunub. Amma o, bundan imtina edib. İndi isə Ə.Qarayevin də yardımı ilə mer kürsüsünə əyləşməyə hazırlaşır. Sözügedən nazir bu məsələdə digər nazirlərlə qarşılaşmaqdan da çəkinmir. O, "Bakının meri bakılı olmalıdır" ifadəsini açıq şəkildə işlədir. Onunla Hacıbala Abutalıbovun münasibətlərin soyuq olması isə heç kimə sirr deyil. H.Abutalıbov Bakı mədəniyyət və turizim idarəsinə rəis təyinedilmə prosesində Ə.Qarayevlə münasibətlərini daha da pisləşdirib. Onun üçün də mədəniyyət və turizi naziri onun bir az tez dəyişdirilməsində maraqlıdır. Ancaq bütün hallarda bu proses yaydan tez olmaya bilər".

Digər xəbərlər
SON XƏBƏRLƏR