Hacıbaba Bağırovun ?Kino klub? layihəsindən imtina edilib

img

16-04-2009 [03:21]


[b]Aktyor Ələsgər Məmmədov isə yəhudi rejissoruna ümid bəsləyir[/b] Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədovun ümidi yəhudi rejissoruna qalıb. Aktyorun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, yəhudi rejissoru ilə iş birliyi qurmasından mənnundur. ?Onunla bir film çəkdik -?Cavid?. ?İbrus? Teatrında təqdimatı keçirildi. Hazırda isə bir neçə film çəkmək istəyir. Balaca rollardır, amma öhdəsindən gələ bilirəm? deyən aktyor işlədiyi Milli Dram Teatrında təzə rol almadığını da söylədi. Onun sözlərinə görə, teatr axırıncı dəfə Hüseyn Cavidin ?Şeyda? əsərinə müracəiət edib ki, burada da ona rol verilməyib: ?Amma aparılan təmir işlərindən istifadə edən teatr Azərbaycanın rayonlarını qarış-qarış gəzib. Bununla yanaşı tez-tez Türkiyədə də olduq. Yenə də Türkiyəyə hazırlaşırıq. Bəhram Osmanovun quruluşunda ?Uçqun? tamaşası ilə türklərin qarşısında çıxış edəcəyik?. Ə.Məmmədov deyir ki, mərhum sənətkar Hacıbaba Bağırovun təqdim etdiyi ?Kino klub? layihəsinin 10 yaşının tamam olması münasibəti ilə yubiley keçirən heyət sonda məyus olub. Buna səbəb layihənin artıq tələbata uyğun gəlməməsidir: ?Kino kulb? bağlandı. Dedilər ki, yeni bir şey lazımdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA