Tanınmız tarzən Firuddin Ələkbərova ?Xalq artisti? fəxri adı veriləcək

img

16-04-2009 [03:13]


Tanınmış tarzən, əməkdar artist Firuddin Ələkbərava ?Xalq artisti? fəxri adı veriləcək. Bunu Müstəqil İnformasiya Agentliyinə açıqlamasında tarzənin özü deyib. ?Mən bu fəxri ada çoxdan layiq görülməliydim. Amma bəzi məsələlər ucbatından adım siyahıdan çıxardırıldı. Yaxın günlərdə ölkə başçısı yeni bir sərancam imzalayacaq. Bu sərəncamla əməyi qiymətləndirilməyən sənətkarların çoxu sevinəcək. Onlardan biri də mənəm. ?Xalq artisti? fəxri adını böyük səbirsizliklə gözləyirəm?,- deyən F.Ələkbərov keçirilməsi planlaşdırılan Azərabycan Milli Musiqi Alətlərinin Festivalı barədə də açıqlama verdi. Bildirdi ki, belə bir festivalın keçirilməsi çoxdan vacib idi. Həmin festivalın münsiflər heyətində təmsil olunacaq sənətkarlar arasında F.Ələkbərovun adı olmasa da, o, sənət yoldaşlarına həqiqi seçim arzuladı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA