Müzahidə Şurasına namizədlərin kimliyi yaxın günlərdə bəlli olacaq

img

15-04-2009 [03:33]


Ölkə başçısı İlham Əliyevin fərmanı ilə yaradılan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinə nəzarəti Müşahidə Şurası həyata keçirəcək. Bu yaxınlarda isə Müşahidə Şurası üzvlüyünə 18 namizədin siyahısı hazırlanıb Prezident Aparatına təqdim ediləcək. Prezident isə namizədlərdən 6-nı Şura üzvlüyünə təsdiqləyəcək. Amma namizədlərin kimliyi hələlik rəsmi şəkildə açıqlanmayıb. Mətbuatda adları hallanan şəxslərin isə iqtidaryönlü KİV-lərə rəhbərlik etməsi narazılıq doğurub. Hətta ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu Mətbuat Şurasının Prezident Aparatına təqdim edəcəyi siyahıda öz adı olmayacağı təqdirdə yeni yaranan quruma qarşı mübarizə aparacağını bildirib. ?Turan? İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də anoloji bəyanatla çıxış edib. Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə isə tələsməyə lüzum görmür. İcraçı direktor Müstəqil İnformasiya Agentliyinə (mia.az) açıqlamasında sözügedən siyahının yaxın günlərdə Prezident Aparatına təqdim ediləcəyini bildirib: ?Siyahını təqdim etmək Mətbuat Şurası İdarə Heyətinin səlahiyyətinə aiddir. Bu, İdarə Heyətinin üzvləri ilə razılaşdırılmalıdır. Sadəcə, Mətbuat Şurasına tapşırılır ki, 18 nəfər namizəd müəyyənləşdirsin. Həmin namizədlərə bilavasitə İdarə Heyəti üzvlərindən və həmçinin Şuranın yaradılmasında, ölkədə ilkin jurnalist təşkilatları kimi fəaliyyət göstərənlərə yer verilibdir?. R.Hüseynzadə siyahıya yalnız iqtidaryönlü KİV rəhbərlərinin adının daxil edilməsi fikirinin yalan olduğunu da bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR