Qrant qalmaqalı bitmək bilmir

img

12-04-2009 [04:53]


[b]Azay Quliyevlə Vüqar Qədirov və Şirin Mövsümovu hansı tellər bağlayır? [/b] Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədi ilə tikiş sexinin açılması" layihəsinə 11900 manat ayırması narazı qalmış QHT rəhbərlərinin əlinə ciddi əsas verdi. QHT üçün nəzərdə tutulan vəsaitin biznes sahəsinə ayrılmasına etiraz edən "21-ci əsr" Təhsil Mərkəzinin sədri Etibar Əliyevin mətbuata verdiyi açıqlamada QHT-lərə Dövlət Dəstəyi Şurasının üzaülərindən olan Vüqar Qədirovun özünün və həyat yoldaşının layihələrinin maliyyələşdirildiyini iddia etdi. Bununla bağlı redaksiyamıza daxil olan məlumatda E.Əliyevin bəzi qeyri-dəqiqliyə yol verdiyi qeyd olunur. Belə ki, Vüqar Qədirovun rəhbəri olduğu Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı ilə yanaşı onun qaynı Şirin Mövsümovun "Təkamül və İnteqrasiya" Beynəlxalq İctimai Birliyi də Şuradan maliyyə dəstəyi alıb. Vüqar Qədirovun rəhbəri olduğu təşkilatın "Məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədi ilə tikiş sexinin açılması" layihəsinə 11900 manat ayıran Şura, onun qaynı Şirin Mövsümovun "149 saylı Ağdam köçkün orta məktəbinin bazasında "Avanqard" ictimai fəal məktəbinin təşkil olunması" layihəsinə 10420 manat ayırıb. Vüqar Qədirovun rəhbəri olduğu Azərbaycan Qaçqın və Məcburi Köçkün və Gənclər Təşkilatının "Məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədi ilə tikiş sexinin açılması" layihəsinin biznes xarakterli olduğunu nəzərə alanda, Şuranın belə bir layihəyə maliyyə vəsaitinin ayırmasının istər mövcud qanunvericiliyə, isətərsə də qeyri-hökumət təşkilatlarının inkişafı məqsədilə maliyyə ayıran prezidentin məqsədlərinə tamamilə ziddir. Əgər Vüqar Qədirovun bu layiəhəsi özünü doğruldacaqsa, bu halda gəlir gətirəcək. Qeyri-hökumət təşkilatlarının qeyri-kommersiya xarakterli olmasını nəzərdə tutan mövcud qanunvericiliklə isə bu qadağan olunur. Əgər gəlir gətirməyəcəksə, deməli, Şura bu vəsaitin havaya sovrulacağını əvəlcədən bilirmiş. Vüqar Qədirovun qaynı Şirin Mövsümovun "149 saylı Ağdam köçkün orta məktəbinin bazasında "Avanqard" ictimai fəal məktəbinin təşkil olunması"nı nəzərdə tutan layihəsinə 10420 manat vəsait ayıran ekspertlər və Şura üzvüləri bu məktəbin direktoru Arzu Mövsümovanın layihənin rəhbərinin bacısı olmasından xəbərdardırlarmı? Əgər Şirin Mövsümovun başqa niyyəti yoxdursa bu layihəni niyə məhz bacısının direktor olduğu məktəbdə həyata keçirir? Digər bir məsələ isə orta məktəbin bazasında qrantla ictimai fəal məktəbin yaradılmasının Təhsil haqqında mövcud qanunvericiliyə nə qədər uyğun olması ilə bağlıdır. Faktiki olaraq, bir ailədən iki nəfərin layihəsinin maliyyələşdirilməsinin səbəblərinə gəlincə, bu, mətbuatda iddia olunduğu kimi həmin vəsaitlərin bir hissəsinin Şuranın rəhbərliyinə çatması ilə bağlı deyil. Vüqar Qədirovun və Şirin Mövsümovun layihələrinin maliyyələşdirilməsinin səbəblərinə toxunan mənbə bunun çox özəl səbəbləri olduğunu söylədi. Bu özəl səbəbin nədən ibarət olması bizə məlum olsa da, bunu indiki məqamda açıqlamağı doğru hesab etmirik. Yeri gəlmişkən, bir müddət əvvəl ABŞ-ın ölkəmizdəki səfirliyi də 149 saylı Ağdam köçkün orta məktəbinə 5 min dollar məbləğində qrant vermişdi. Hər halda, ard-arda eyni məktəbə müxtəlif qurumlardan səxavətlə qrant ayrılması düşündürücüdür. Kamal SARICALI

Digər xəbərlər
SON XƏBƏRLƏR