Rəzad Məcid: ?Ədəbiyyat? qəzetinin baz redaktoru qurultaya qədər istefa verməlidir?

img

10-04-2009 [09:09]


[b]Ədalət Əsgəroğlu: ?Heç bir istefadan söhbət gedə bilməz. Heç kəs sinəsinə döyməsin ki, qurultaya qədər kimisə yola sala bilərəm?[/b] Yazıçılar Birliyinin orqanı olan ?Ədəbiyyat? qəzetinə olunan ittihamlar səngimək bilmir. Birliyin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid SİA-ya verdiyi açıqlamada bu ittihamlara yeni qalmaqala səbəb olan fikirlərlə də əlavə edib. ?Mənim ?Ədəbiyyat? qəzetinin baş redaktoru Ayaz Vəfalı ilə heç bir şəxsi intriqam yoxdur. Hətta, onun kürəkəni, Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu ilə yaxın münasibətlərimiz var. Mən çox sevinirəm ki, mənim obyektiv tənqidlərim ilə o da razılaşır?. Bu fikirlər Rəşad Məcidə aiddir. O, SİA-ya bildirib ki, sözügedən qəzetlə bağlı ittihamları ilə razılaşmayan adam görməyib. ?Ədəbiyyat qəzetinin səviyyəsinin çox aşağı olmasından və çağdaş ədəbiyyatımızın əks olunmamasındann bəhs edən R.Məcid onu da əlavə edib ki, illik büdcəsi 200 min manat olan bu qəzet yalnız redaktor dəyişikliyindən sonra normal fəaliyyət göstərə bilər. ?Məncə gənc nəsildən olan istedadlı yazarlarımızdan biri bu qəzetə baş redaktor olarsa, tamam başqa bir mənzərənin şahidi olarıq?-deyən R.Məcid qeyd edib ki, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Qulu Ağsəs, Elxan Zal Qaraxanlı, Bəsti Əliyeva, İlqar Fəhmi, Əsəd Cahangir ?Ədəbiyyat? qəzetini Ayaz Vəfalıdan 10 dəfə yaxşı nəşr edə bilər. ?Ən yaxşı variant bu olardı ki, Ayaz Vəfalı Yazıçılar Birliyinin katibliyinin qərarını gözləmədən özü istefa versin?-deyən Rəşad Məcid qarşı tərəfdən sərt cavab almağından da çəkinmir. Rəşad Məcidin sərt ittihamlarına yazıçı, Birliyin mətbuat katibi Ədalət Əsgəroğlu etinasız qalmayıb. O, SİA-nın müxbirinə verdiyi açıqlamada bildirib ki, bütün bü ittihamlara cavab vermək üçün zamana ehtiyacı var. ?Bu məsələlər korrupsiya məsələsi ilə başladı, indi isə qəzetin zəif çıxması söhbəti ilə əvəz olundu. Bütün bu söhbətlərin əslində, kökündə nə dayanırsa, onu açacağam. Ayaz Vəfalını korrupsiyada günahlandırmaq böyük səhvdir. Qəzetin zəif nəşr olunması ilə qətiyyən razı deyiləm?-deyən yazıçı əlavə edib ki, ?Ədəbiyyat? qəzetini baykot edirlər ki, bu qəzetə yaxşı yazılar verilmir, çünki yaxşı yazı yoxdur?. Ə.Əsgəroğlu bildirib ki, bir il ərzində 3-4 ədəd səviyyəli nəsr nümunəsi yazılır. R.Məcidin sərt ittiahamları ilə razılışmayan Əsgəroğlu Ayaz Vəfalının istefasını təklif edən Rəşad Məcidin iddialarına belə qarşılıq verib. ?Heç bir istefadan söhbət gedə bilməz. Heç kəs sinəsinə döyməsin ki, qurultaya qədər kimisə yola sala bilərəm. O, adam mənim qabağıma çıxsın, mənim ona sözüm olacaq?- deyən Ədalət Əsgəroğlu əlavə edib ki, bu qarşıdurmanın şəxsi münasibətlərdən yarandığını zənn etmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR