Baloğlan Əzrəfov münsiflər heytində olmaq istəməyib

img

10-04-2009 [05:24]


[b]?Toylar kralı-2?nin münsiflər heyətində digər dəyişikliklər edilib[/b] Yaxın günlərdə ANS telakanalının ?Toylar kralı-2? layihəsinə start veriləcək. Sözügedən layihənin münsiflər heyətində isə dəyişikliklər olub. Akif İslamzadə, Zöhrə Abdullayeva, Niyaməddin Musayev və Ağacəbrayıl Abbasəliyevi budəfəki heyətdə xalq artisti Teymur Müstafayev, Əli Mirəliyev, Ceyran Haşımova və Baloğlan Əşrəfov əvəzləyib. Amma Müstəqil İnformasiya Agentliyinə məlumat verən əmakdar artist Baloğlan Əşrəfov ?Toylar kralı-2?də olmasını təkzib edir. Əməkdar artistin sözlərinə görə, onu münsiflər heyətinə dəvət ediblər. Ancaq müğənninin vaxtının olmaması onu bu layihədən uzaqlaşmağa məcbur edib: ?Sözün düzü, orada oturmağa vaxtım yoxdur. Həm solo-konsertim, həm də yaradıcılıq işləri buna imkan vermir?. Bəs, sizi layihənin reklam şitlərində münsif üzvü kimi görüblər sualına B.Əşrəfovun cavabı belə olub: ?Dəvət etdilər, sözlərini yerə salmayıb getdim. Reklam da oradan götürülüb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA