Mətbuat Şurası Prezident ilham Əliyevə müraciət ünvanlayıb

img

08-04-2009 [05:14]


Azərbaycan Mətbuat Şurası ?Təzadlar? qəzetinin baş redaktoru Asif Mərzilinin azadlıqdan məhrum edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, A.Mərzili bu il aprelin 7-də Yasamal Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib: ?Bütün vətəndaşlarımız kimi jurnalistlərimiz də qanunlar qarşısında cavabdehdirlər. Lakin zənn edirik ki, məhkəmə jurnalistə qarşı yüngül cəza tətbiq edə bilərdi. Çünki əksər vaxtlarda jurnalist həbsindən ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyən qüvvələr sui-istifadə edirlər. Həm də jurnalistlərin peşə fəaliyyəti ilə bağlı məqamlara xüsusi ittiham deyil, mülki qaydada baxılması dünya miqyasında daha çox qəbul edilib?. Müraciətdə həmçinin, jurnalistin ailə vəziyyətinin nəzərə alınaraq dövlət başçısından onun barəsində çıxarılmış məhkəmə hökmünün dəyişdirilməsinə kömək göstərilməsi xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR