KiV rəhbərlərinin müraciətinə hələlik cavab verilməyib

img

08-04-2009 [02:23]


[b]Mətbuat Şurasının sədri isə artıq ilkin reaksiyaların olduğunu bildirib[/b] Türkiyənin Ermənistanla olan sərhədlərini açmaq istəyi Azərbaycanda da birmənalı qarşılanmayıb. Dünən Azərbaycanın 60-a yaxın KİV rəhbəri türkiyəli həmkarlarına müraciət ünvanlayıblar. Amma hələlik bununla bağlı qarşı tərəfdən cavab alınmayıb. Bu barədə MİA-ya (mia.az) Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov məlumat verib. Şura sədrinin sözlərinə görə, məqsəd müraciətin bütünlüklə Türkiyədəki jurnalist qurumlarına və ictimaiyyətinə çatdırılmasıdır: ?Müraciət bir çox təşkilatlara ünvanlandığından ola bilsin ki, cavab bir qədər geciksin. Ancaq biz əminik ki, Türkiyənin istər jurnalist təşkilatları, istərsə də Türkiyə ictimaiyyəti buna reaksiya verəcəklər. Hələki ilkin reaksiyalar gəlməkdədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR