ABU rektoru Elzad Abdullayev ?Təzadlar? qəzetinin baz redaktorunu həbs etdirdi

img

07-04-2009 [05:20]


[b]Asif Mərzili 1 il həbs cəzası alaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bayılda yerləşən 1 saylı istintaq təcridxanasına aparılıb[/b] Bu gün Yasamal rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev, ABU-nun birinci prorektoru Hüseyn Əhmədov və ABU-nun müəllimi Eldəniz Abdullayevin ?Təzadlar? qəzetinin baş redaktoru Asif Mərziliyə və jurnalist Zümrüd Məmmədovaya qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb. Məhkəmədən verilən məlumata görə, hakim Tahir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə A.Mərzilinin 1 il həbs cəzasına, ittiham tərəfinin fəaliyyəti ilə bağlı adıçəkilən qəzetdə gedən yazının müəllifi Zümrüd Məmmədovanın isə 1 il islah işlərinə cəlb olunması barədə cəzaya məhkum edilməsi haqda qərar çıxarılıb. Baş redaktor məhkəmə zalında həbs olunub. Qeyd edək ki, iddiaçilar qəzetdə dərc olunan bəzi məqalələrdə ABU-nun rektoru və təhsil müəssisəsi haqqında həqiqətə uyğun olmayan yazıların getdiyini əsas gətirirlər. Onu da bildirək ki, Asif Mərzili Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bayılda yerləşən 1 saylı istintaq təcridxanasına aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR