Möhlət Müslümov ?Xalq ulduzu-3? müsabiqəsinin münsiflər heyətindən uzaqlazıb

img

07-04-2009 [03:48]


Aprelin 9-dan etibarən ?Xalq ulduzu-3? müsabiqəsi həftədə iki gün canlı efirdə olacaq. Bu bərədə məlumatı Müstəqil İnformasiya Agentliyinə (MİA) sözügedən müsabiqənin münsiflər heyətinin üzvü, bəstəkar Tahir Əkbər verib. Bəstəkarın sözlərinə görə, ?Xalq ulduzu-3? bundan əvvəlki müsabiqələrdən fərqlənir. Ona görə ki, bu dəfə müsabiqəyə qatılan iştirakçılar arasında gənclər üstünlük təşkil edir: ?Müsabiqəyə qatılan gənclər 16-21 yaş arasındadır. Həm də əsas meyar kimi səsə, istedada və səhnə üçün gözəl görünüşə malik olanlara üstünlük verdik. İş burasındadır ki, müsabiqəyə qatılan uşaqların bəziləri arasında musiqi təhsili alanı da var. Hətta onlardan bəziləri muğamı gözəl oxuyur?. T.Əkbər ?Xalq ulduzu-3?ün münsiflər heyətində baş verən dəyişiklikdən də söz açdı. Bildirdi ki, Ağacəbrayıl Abbasəliyevin yenidən heyətə qayıdışı onun musiqi təcrübəsinin böyük olması ilə bağlıdır: ?Ağacəbrayıl müəllim iştirakçılara istər mahnı seçimində, istərsə də məşq prosesində dəstək verəcək. Düzdür, o, ?Xalq ulduzu-2? müsabiqəsində yaraşmanın münsiflər heyətində təmsil olunmadı. Onu müsabiqədə tarzən, xalq artisti Möhlət Müslümov əvəz edirdi. O ki qaldı Möhlət Müslümovun münsiflər heyətindən kənarlaşmasına, deyəsən, bu, Beynəlxalq Muğam Festivalı ilə bağlı oldu. Çünki bizim seçim turumuz həmin müsabiqə ilə eyni vaxta düşdüyündən Möhlət müəllim vaxt tapa bilmədi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA