Mətbuat Şurası Türkiyə jurnalistlərinə müraciət ünvanlayıb

img

07-04-2009 [02:15]


[b]Müraciətdə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasından narahatlıq bildirilir və təhlükənin qarşısının alınmasında fəallıq göstərmək xahiş olunur [/b] Azərbaycan Mətbuat Şurası bu gün Türkiyə jurnalistlərinə müraciət ünvanlayıb. Müraciətdə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasından narahatlıq ifadə olunur. Mətbuat Şurasından verilən məlumata görə, Azərbaycan jurnalistlərinin adından türkiyəli həmkarlarına ünvanlanan müraciətdə bildirilir ki, işğalçı dövlətlə hərtərəfli əməkdaşlıqdan imtina, sərhədlərin bağlanması beynəlxalq aləmdə məqbul hesab edilən və təcrübədə özünü doğruldan siyasi vasitələrdəndir: ?Türkiyə Cümhuriyyəti 1993-cü ildə Ermənistanla sərhədlərini bağlayarkən yalnız bu ölkənin ona qarşı irəli sürdüyü ərazi və qondarma ?soyqırımı? iddiasını əsas götürməyib, eyni zamanda türk həmrəyliyinə, qardaşlığına böyük sədaqət və ehtiram əlaməti olaraq Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsini, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirildiyini ciddi səbəblər sırasında vurğulayıb. Azərbaycan xalqı da eyni dəstək və doğmalıqla hər zaman Türkiyənin yanında olduğunu nümayiş etdirib?. Müraciətdə vurğulanır ki, həm Türkiyəyə, həm də Azərbaycana qarşı iddialarla çıxış edən, üstəlik, 15 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən Ermənistanla bərabərhüquqlu və konstruktiv münasibətlərin qurulmasından danışmaq hələ çox tezdir: ?Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasından əvvəl bu dövlətlər arasındakı sərhədlərin bağlı olması səbəblərinə, mövcud durumu zəruri edən amillərə, atılması planlaşdırılan addımın haqq-ədalət prinsiplərinə, adekvatlığına, nəhayət, eyni soykökə malik, dili, dini, mədəniyyəti, adət-ənənələri bir olan millətin məskunlaşdığı iki ölkə arasındakı münasibətlərə göstərəcəyi təsirə nəzər salınsın?. Müraciətdə bildirilir ki, Türkiyənin Ermənistanla sərhədləri açması və hərtərəfli əlaqələr qurmasından yalnız Ermənistan faydalanacaq və bu addım Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə mənfi təsir göstərəcək, Ermənistanın işğalçı siyasətinə bəraət qazandıracaq və onu yeni işğallara həvəsləndirəcək: ?Digər tərəfdən, Türkiyə Ermənistanla əlaqələr qurduqdan sonra da ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edəcəyi, erməni lobbisinin ?soyqırımı?nı tanıtmaq cəhdlərindən əl çəkməyəcəyi şübhə doğurmur?. Müraciətdə jurnalistlər türkiyəli həmkarlarını ?bir milllət, iki dövlət? ideyasına zərbə vura biləcək təhlükənin qarşısının alınmasında öncüllük, fəallıq göstərməyə səsləyiblər. Sənəd ünvanına çatdırılmaq üçün bu gün Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim olunub. Müraciətin mətni eyni zamanda Türkiyənin aparıcı qəzet, jurnal, informasiya agentlikləri və telekanallarına göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR