Azərbaycanın ?Avroviziya? təmsilçiləri ilə bağlı zok xəbər

img

02-04-2009 [08:32]


Azərbaycanı may ayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək ?Avroviziya? müsabiqəsində təmsil edəcək gənc müğənni Aysel Teymurzadə ilə bağlı ilginc şayiələr yayılıb. Deyilənlərə görə, klip çəkilişlərindən sonra yarışmada oxuyacağı mahnının bəstəçisi və eyni zamanda duet ortağı olan Araşla birgə Rusiyaya konsert verməyə səfər edən Aysel həmkarının avtomobilini idarə edərkən qəza vəziyyətinin yaranmasına səbəb olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (MİA) məlumat verən şəxsin sözlərinə görə, müğənninin özü ciddi xəsarət almasa da, sürdüyü avtomobil və toqquşduğu digər maşın əzilib. Araş isə ikiqat zərərə düşüb ? həm hər iki avtomobilin təmir xərcinə, həm də yol polisi tərəfindən öz maşınını sürücülük vəsiqəsi olmayan şəxsə etibar etməsi səbəbindən cərimələndiyi üçün. Qəzəbini cilovlaya bilməyən dünya şöhrətli ulduz müğənnicik Aysellə tərəf müqabili olmaqdan imtina edib. Bu səbəbdən də yerli təşkilat komitəsi müsabiqəyə Ayselin əvəzinə estradamızda öz güclü səsi ilə seçilən Samirəni yollamaq qərarına gəlib. Bu isə zəif süjetə malik klipin də yenidən çəkilməsi deməkdir. Təbii ki, yeni mahnıdan söz gedə bilməz, belə ki, müsabiqənin mahnıları artıq baş təşkilat komitəsi tərəfindən təsdiqlənib... Deyilənlərin nə dərəcədə həqiqətəuyğrun olduğu müəyyənləşdirmək üçün ?Avroviziya?nın yerli təşkilat komitəsinin mətbuat katibi Leyla Əliyeva ilə əlaqə saxladıq. O, bu haqda heç nə eşitmədiyini bildirdi. Müsabiqənin yerli nümayəndə heyətinin rəhbəri Adil Kərimli isə deyilənləri təkzib edərək bunun Azərbayanın əleyhinə işləyən qüvvələr tərəfindən ortaya atıldığını söylədi. Əlbəttə, baş verənlərin həqiqət olmasını biz də istəməzdik. Lakin Azərbaycanda bu yarışma ilə bağlı bütün məqamların sirr kimi saxlanılmasını nəzərə alsaq, yayılan söz-söhbətin faktiki əsasının ola bilmə ehtimalını da nəzərə almalıyıq. Xatırladaq ki, yarışmanın ötən ilki təmsilçilərimiz ? Elnur və Samirin xaricdəki ?sərgüzəştləri? də ciddi-cəhdlə gizlədilirdi. Bu barədə bizi bilgiləndirən şəxs artıq bütün hazırlıq işlərinin başa çatdığını və kifayət qədər vəsait xərcləndiyini nəzərə alaraq baş verənlərin ört-basdır edilmə ehtimalının da olduğunu vurğuladı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA