?Kia Motors? yeni modelini ?KND 5?-i təqdim edir

img

02-04-2009 [05:57]


[b]2005-ci ildən öz modellərində yeni dizayn edən Kia Motors bu günlərdə yeni konsept modelini ?KND 5?-i avtomobil həvəskarlarına təqdim edəcək. Aprelin 2-də Koreyanın Seul şəhərində keçiriləcək Avtomobil Şousunda nümayiş olunacaq bu model 2009-cu ilin sonundan satışa çıxarılacaq. [/b] KND 5 öz dinamik və tarazlanmış görünüşü ilə təmtəraqa yaxın sedan VG (kod adı) ?nin üslubunu əks etdirir. VG maşını orta ölçülü Optima və təmtəraqlı Opirus sedanın arasında bir sinifə aiddir. Bu model istehsalçısının sərnişinlər üçün maşın cərgəsini tamamlayaraq Kia-nın ilk, demək olar, təmtəraqlı sedan maşını olacaq. Maşının önündə Kianın ailə görünüşlü radiatorun barmaqlığı yerləşir və bu pələngin nərə çəkmə zamanı simvolik olaraq üz qurulşuna əsaslnır. 20 düym böyüklüyündə diametrə malik olan yüngül lehimli disklər onun təcavüzkar zərif görünüşünü yaxşılaşdırır. KND-5 maşınının və qapılarının tutacaqlarınn rəngi eynidir və bu maşın nəhəng və əzələli görünüşə malikdir. Panoramalı örtük rəvan şəkildə maşının ön şüşəsindən başlayır və onun xarici görünüşünə daha da gözəllik verir. KND-5 ?in uzunluğu 4,945 mm, eni ? 1,850 mm və təkərin əsası 2,845 mm, hündürlüyü isə 1,475 mm təşkil edir. Konsept maşını 3.5L V6 Lambda mühərriklə təchiz olunub. Təcavüzkar və təkmilləşdirilmiş KND-5 Kianın inanılmaz dizayn fəlsəfəsinin və dəyərinin göstəricisidir. Təmtəraqlı sedan dizaynında yeni istiqaməti təqdim edən KND-5 Seulda keçiriləcək Avtomobil Şousunda böyük səs-küyə səbəb olacaq. Qeyd edək ki, Kia Motors Azərbaycanın rəhbərliyi də qeyd olunan şouda iştirak üçün Seula səfərdədir. Şou və KND ilə bağlı geniş məlumat və şəkilləri tezliklə diqqətinizə çatdıracağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR