Arzum yeni diskini - ?Lava?nı təqdim etdi

img

01-04-2009 [12:58]


Azəristar müsabiqəsinin iştirakçısı, gənc müğənni Arzum ?Lava? adlı ilk diskini mediaya təqdim edib. Müğənnini dəstəkləmək üçün vaxtilə adıçəkilən yarışmanın münsiflər heyyətinini üzvlərindən olan şair Vahid Əziz və xalq artisti İlhamə Quliyeva da tədbirdə iştirak ediblər. Hər ikisi çıxışlarında öz seçimlərində yanılmadıqlarını və həm xarici görünüşü, həm də bacarığı ilə Arzumun səhnədə öz yerini tutacağından arxayın olduqlarını bildirdilər. İlhamə Quliyeva gənc müğənniyə qalmaqala girməməyi tövsiyə edərək, məcbur olarsa belə heç vaxt heç kimin adını çəkməməyi tapşırıb. Xalq artisti Arzuma adının qarşısına ləqəb artırmamağı da tövsiyyə etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA