Müəllif Hüquqları Agentliyi 5 ildə 168 məhkəmədə təmsil olunub

img

31-03-2009 [05:16]


Müəllif Hüquqları Agentliyində Azərbaycan sənətkarlarına məxsus 500-dən çox musiqi əsəri barədə elektron məlumat bazası yaradılıb. Agentlikdən MİA-ya verilən məlumata görə, məlumat bazası Azərbaycan müəlliflərinə məxsus musiqili əsərlərdən xarici ölkələrdə qanuni istifadənin həyata keçirilməsinə kömək edəcək. Müəllif Hüquqları Agentliyindən onu da bildiriblər ki, Azərbaycanın daxilində müəllif hüquqlarının pozulması halları geniş yayılıb. Bununla əlaqədar tez-tez məhkəmə prosesləri də keçirilir. Müəllif Hüquqları Agentliyi 2003-2008-ci illər ərzində 168 məhkəmə iclasında təmsil olunub və ümumilikdə 60 ekspert rəyi verib. 2003-2008-ci iillərdə agentlikdə 5500-dən çox əsər və əlaqəli hüquqların obyekti dövlət qeydiyyatına alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA