Qarabağ Azadlıq Təzkilatı bəyanat yayıb

img

30-03-2009 [07:40]


[b]Qurum üzvləri ayrı-ayrı ictimaiyyət nümayəndələrinin Qarabağ danışıqlarında müzakirə olunan sənəd layihəsi ilə bağlı müsbət rəy yaratmaq cəhdlərindən ciddi narahatçılıq keçirirlər [/b] ?Bəzi qurumların, ayrı-ayrı ictimaiyyət nümayəndələrinin Qarabağ danışıqlarında müzakirə olunan sənəd layihəsi ilə bağlı müsbət rəy yaratmaq cəhdləri ciddi narahatçılıq hissi doğurur. Guya həmsədrlər tərəfindən Azərbaycanın maraqlarına uyğun variant təklif olunmuş və bu variant Vyanada keçirilən ictimai forum iştirakçılarına təqdim olunub?. Qarabağ Azadlıq Təşkilatının bu gün yaydığı bəyanatda bu fikirlər yer alıb. QAT mətbuat xidməti tərəfindən yayılan bəyanatda qeyd olunur ki, Azərbaycandan həmin forumda iştirak edən nümayəndələrin xüsusi canfəşanlıq göstərməsi və orada irəli sürülən təklifləri uğurlu variant kimi Azərbaycan cəmiyyətinə sırımaq cəhdləri acı təəssüf hissi doğurur. ?Bu ?xadimlər?in məhz bu günlərdə, ermənilərin millətimizə qarşı törətdikləri soyqırımın ildönümünün qeyd olunduğu bir vaxtda bu cür təbliğat aparmaları onların milli maraqlara, dərdlərimizə və problemlərimizə nə qədər biganə yanaşdıqlarını bir daha göstərir. Bu adamların mövqeyi cəmiyyət tərəfindən həmişə şübhə ilə qarşılanıb və indi də görünür ki, Azərbaycanın maraqlarından deyil, beynəlxalq təşkilatların sifarişlərinə uyğun çıxış etməyə çalışırlar?. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, həmsədrlərin təklif etdiyi ?təməl?, yaxud ?Madrid prinsipləri? qətiyyən Azərbaycanın maraqlarına cavab vermir. Bu ?həll variantı? Dağlıq Qarabağın ətrafındakı 5, ya da 6 rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağın Ermənistana təhvil verilməsinə xidmət edir. Təklif olunan sənədə görə Dağlıq Qarabağdakı qondarma rejimə dərhal ?müvəqqəti beynəlxalq status? verilir və bu statusu almış qondarma qurumu qorumaq üçün beynəlxalq sülhməramlı qüvvələr regiona yerləşdirilir. Bu variant qondarma qurumun beynəlxalq təşkilatlar tərəfindən tam legitimləşdirilməsi deməkdir. Əgər bu variant qəbul olunarsa, referendumun neçə ildən sonra keçiriliəcəyindən asılı olmayaraq Dağlıq Qarabağ Azərbaycan üçün həmişəlik itiriləcək. ?Biz hesab edirik ki, Azərbaycan hakimiyyəti heç bir halda bu təhlükəli sənədin imzalanmasına getməməlidir. Biz öz növbəmizdə bəyan edirik ki, ortada olan sənədlə bağlı cəmiyyətdə aparılan yalançı təbliğat kampaniyasının, cəmiyyətin təslimçi sülhə hazırlanması cəhdlərinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəyik?, - deyə bəyanatda vurğulanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR