Gizli iqtidar-müxalifət görüzü keçirilib

img

26-03-2009 [07:12]


Hakimiyyət müxalifətin birliyini dağıtmaq istəyir Rejim Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatını parçalamağa çalışır; tətil günlərində separat görüşlər olub Müsavat, Demokrat, Ümid partiyalarının, ?Azadlıq? blokunun və 20-dən artıq QHT-nin təsis etdiyi Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı yaradılanda onun təkcə referendumla bağlı təsis edilmədiyi bildirilmişdi. Qurumun təsisçiləri söyləmişdilər ki, hərəkatın 18 mart referendumundan sonra hansı formatda fəaliyyət göstərəcəyi müzakirə ediləcək və qərar veriləcək. Demokratik düşərgə təmsilçiləri qeyd edirlər ki, bu hərəkat müxalifətin birliyi üçün uğurlu formatdır və gələcəkdə onun bazasında müxalifətin daha böyük birliyini yaratmaq olar. Bu birliyin yaradılması böyük və uğurlu hadisə sayılır. 2005-ci il parlament seçkilərindən sonra pərakəndə şəkildə fəaliyyət göstərən müxalifət nəhayət ki, bir araya gəlib və birgə fəaliyyət modeli tapıb. Bu model bir neçə ay öncəyə qədər bir-birinə salam verməyən müxalifət liderlərinin ortaq fəaliyyətini təmin edib, ölkə siyasətinə təsir göstərən əsas faktora çevrilib. Hərəkat təsis edilən kimi demokratik düşərgədə ciddi canlanma yarandı; ortaq şüarlar, ortaq hədəflər narazı elektoratı maraqlandırdı. Müxalifətin yeni birliyi, bütün bədbin proqnozlara baxmayaraq referendum gününə qədər dayanıqlığını qorudu, gerçək alternativlik funksiyasını ləyaqətlə daşıdı. Tənəzzüldə olan iri müxalifət təşkilatları hərəkatda birləşməklə dirçəldi, xalqın gözündə yenidən reabilitasiya olundu; həqiqi müxalifətin ünvanı bir daha bəlirləndi. Artıq hərəkat təmsilçiləri strateji birlikdən, bələdiyyə və parlament seçkilərində vahid mərkəz kimi iştirak etməkdən danışırlar. Bəlkə də belə bir ssenarini hakimiyyət düşərgəsindən kimsə gözləmirdi. Hər halda, iqtidar rəqib düşərgənin dirçəlməsinə fürsət verdi və deyəsən, artıq bundan da narahat olmağa başlayıb. Bizə çatan, lakin dəqiqləşdirilməmiş bir məlumata görə, hakimiyyət düşərgəsindən Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatını parçalamaq istiqamətində konkret addımlar atılıb. Bu tətil günlərində hərəkatın üç mühüm təsisçisi ilə iqtidar yetkililəri arasında görüşlər olub (hər biri ilə ayrı-ayrılıqda) və tərəflər bəzi prinsipial məsələlər ətrafında anlaşıblar. Əsas məqsəd hərəkatın içinə nifaq salmaq deyil; onu əsaslı şəkildə, geridönməz olaraq parçalamaq, fəaliyyəti yararsız duruma salmaqdır. Görüşən şəxslərin kimliyi barədə bizə bilgi verilib. Lakin məlumatı axıra qədər dəqiqləşdirmək imkanı olmadığına görə hələlik ad çəkmirik. Onlardan tələb olunan əsas addım bəyanat verərək hərəkatdan çıxmaları, yeni bir blok yaratmalarıdır. Böyük ehtimalla həmin şəxslər DUİ adlı bloka qoşulacaqlar. Qarşılığında ən müxtəlif vədlər verilib; birinə səfir postu, digərinə partiya quruculuğu üçün ofis və maddi təminat, başqasına dövlət vəzifəsi... Görünən budur ki, hakimiyyət Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatını parçalamaq işinə girişib. Plana görə, yaxın həftələrdə qurumdan üç tanınmış siyasətçi, bir neçə xırda təşkilat gedəcək. Bizim niyyətimizsə bu mühüm bilgini cəmiyyətə çatdırmaqla yanaşı, hərəkat rəhbərliyini xəbərdar etmək, on minlərlə vətəndaşımızın ümidlə baxdığı birliyin separatçılığa qurban getməsinin qarşısını almaqdır. Hərçənd proses bizə çatdırılan səviyyədədirsə, artıq bunu etmək çox çətin olacaq. Bilincli olaraq hərəkat liderlərindən heç kimin mövzuya dair rəyini almadıq. İstədik ki, təhlükəli prosesə dair xəbəri cəmiyyətə müşayiətçi rəy olmadan (necə deyərlər, novokainsiz) yeridək; ona verilən təpkinin sürəcə bir faydası toxunsun. Hərəkat liderlərinin məsələ ilə bağlı fikirlərini və hər birinin ?o, mən deyiləm? yəminlərini sabahkı sayımızda dərc etməyə çalışacağıq. E.MƏMMƏDLİ www.musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR