Heydər Babayevin zəklini oxuduğu məktəbdən çixariblar

img

25-03-2009 [12:15]


Təmir etdirdiyi doğma məktəbi də sabiq nazirə arxa çevirdi Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin şəkli təhsil aldığı və məzunu olduğu Səbail rayonundakı 7 saylı məktəbin şərəf lövhəsindən çıxarılıb. Bu barədə məlumatı qaynar.info-ya məktəbdəki mənbələr verib. Sizə məktəbin şərəf lövhəsindən təqdim etdiymiz ekskluziv fotoda da bu aydın görünür. Fotoda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin keçmiş sədri Gündüz Məmmədovu, Mərkəzi Neftçilər Xəstəxanasının mərhum baş həkimi Fəxrəddin Cavadovu və Milli Məclisin şöbə müdiri Adilə Abbasovanın şəklini görürsüz. Bir vaxtlar sabiq nazirin fotosu olan çərçivə işə boşdur. Məlumatlı mənbənin sözlərinə görə, H.Babayevin adının lövhədən çıxarılması referundum öncəsinə təsadüf edib. ?Belə ki, məktəbin rəhbərliyi məktəbin digər fəxri məzunu olmuş Milli Məclisin spikeri Oqtay Əsədovun həmin məntəqədə səs verərkən keçmiş nazirin şəklinin şərəf lövhəsində qalmasına etiraz edəcəyindən çəkinib?-deyə mənbə bildirib. Onu da deyək ki, keçmiş iqtisadi inkişaf nazirinin öz oxuduğu məktəbin əsaslı təmirində və ötən il keçirilən 80 illik yubileyində yaxından iştirak edib. Xatırladaq ki, 7 saylı məktəb ölkəmizdə ?nazirlərin məktəbi? kimi tanınır. //T.İsmayılov, QayNar

Digər xəbərlər
SON XƏBƏRLƏR