Beynəlxalq muğam festivalı martın 25-də izini baza çatdıracaq

img

24-03-2009 [11:37]


Bakıda təşkil olunan birinci beynəlxalq muğam festivalı martın 25-də işini yekunlaşdıracaq. Qeyd edək ki, muğam festivalı 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi çərçivəsində keçirilir. ?Azərbaycan mədəniyyətinin dostları fondu?nun icraçı direktoru İbrahim Quliyevin sözlərinə görə, festival çox yüksək səviyyədə təşkil olunub: ?Festivalın keçirilməsi çox yüksək səviyyədə idi. Elə ilk gündən istər simpozimlar, istər konsertlər olsun, istər hal-hazırda keçirilən müsabiqə olsun- çox yüksək səviyyədə keçir. İstər bizim xanəndələrimiz olsun, istərsə də xaricdən gələnər çox yüksək səviyyədə hazırlıqlıdırlar?. İbrahim quliyevin sözlərinə görə, tamaşaçıların muğam festivalı çərçivəsində keçirilən konsertlərə marağı çox böyükdür. Festival çərçivəsində təşkil olunan konsertlərin keçirildiyi məkanlarda yerli tamaşaçılarla yanaşı əcnəbilər də çoxluq təşkil edir. Əcnəbilər arasında muğam konsertlərinə ən böyük maraq göstərənlər isə İran vətəndaşlarıdır. Muğam festivalının Bakıda təşkil olunması onların bəzilərini Novruz tətillərini məhz Bakıda keçirmək barədə qərar verməsinə səbəb olub. Beynəlxalq muğam festivalı çərçivəsində təşkil olunmuş müsabiqə isə işini sabah yekunlaşdıracaq. Festival çərçivəsində bu vaxtadək İtaliyadan ?Maraği?, Suriyadan ?Əl kindi?, İraqdan ?Ənqam əl rafidain?, Mərakeşdən ?Nahda?, Özbəkistandan ?Çargox?, Misirdən ?Əl ədvar? ansambllarının, eləcə də müxtəlif xarici ifaçıların çıxışları olub. Festival iştirakçılarının çıxışlarının rəngarəng və möhtəşəm olması muğam müsabiqəsinin münsiflər heyətinin seçimini çətinləşdirib. Münsiflər heyətinin üzvü, xalq artisti Arif Babayev bildirib ki, festival çox gözəl gedir və çox obyektiv və diqqətlə izlənilir: ?Amma bir şeyi deyim ki, bizim- Azərbaycanın səsləri olduqca gözəldir. Həm onların xırdalığı, həm onların diapazonu. Hərtərfli gözəldi səhnəyə də yaraşıqları var. Hər yerin özünün bir şirinliyi var. Hər millətin özünəməxusus oxumaları var?. Müsabiqəni kənardan izləyən xalq artisti Mənsum İbrahimov isə yarışmaya qatılan tələbələrinin qalib olacağına inanır: ?Dünən də bizim iki ifamıçımız Vəfa və Babək də çox yaxşı iştirak etdilər. Mən hesab edirəm ki, Azərbaycan ifaçıları var. Mən arzu edirəm və ümidvaram ki, Qran-pri Azərbaycanda qalacaq. Çünki bizim ifaçılar rəqabətdə çox güclüdürlər. Hesab edirəm onlar rəqabətdə qalib gələcəklər?. Qeyd edək ki, müsabiqənin Qran-pri mükafatının sahibinə 20 min avro veriləcək. Eyni zamanda, birinci yerin sahibi 15, ikinci 10, üçüncü isə 5 min avro ilə mükafatlandırılacaq. Xatırladaq ki, muğam sənətinin qorunması və inkişafı naminə təşkil olunan ?Muğam Aləmi? adlı festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı, ?Azərbaycan mədəniyyət dostları fondu?, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatı dəstəyi ilə həyata keçirilir

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA