"TRT AVAZ" YAYIMA BAŞLADI

img

22-03-2009 [05:39]


Bütün türk dünyasına yayımlanan Türkiyənin "TRT-Türk" kanalı artıq "TRT-Avaz" adı ilə fəaliyyətini davam etdirəcək. Türk dilli ölkə və xalqların müştərək kanalı olması hədəflənən "TRT-Avaz"-ın açılışında iştirak edən Türkiyə prezidenti Abdullah Gül Avaz sözünün mənasına da aydınlıq gətirib. O avaz sözünün bütün türk dünyasında səs anlamında işlədildiyini deyib. Yeni kanal bütün türk dünyasını əhatə edən 27 ölkədə izlənə biləcək. Kanalda mədəniyyət sosial proqramlara üstünlük veriləcək. Yayım türk, azərbaycan, qazax, qırğız, özbək və türkmən dillərində həyata keçirilcək. Kanalın geniş miqyasda yayımlanmasında məqsəd türk mədəniyyəti, adət və ənənəsini dünyada tanıtmaq, türk dünyası ölkələri arasında əməkdaşlıqları genişləndirməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR