ibrahim Tatlısəs, Ebru Gündez və sevgilisi Rza Zerrab Bakıda toyda oldular

img

22-03-2009 [01:43]


Martın 21-də Bakıda məşhur restoranlardan birində keçirilən toy mərasimində Türkiyənin tanınmış müğənniləri İbrahim Tatlısəs və Ebru Gündəş də iştirak ediblər. APA-nın məlumata görə, Azərbaycanın tanınmış iş adamının bacısının toy mərasiminə E. Gündəş sevgilisi olan azərbaycanlı iş adamı Rza Zərrabla birgə qatılıb. E. Gündəş mərasimə qonaq qismində dəvətli olsa da, repertuarından dörd mahnını bəylə gəlinə ərməğan edib. Toya ansamblı ilə birdə qatılan İbrahim Tatlısəs isə bir saatdan artıq qonaqları şənləndirib. Onun ansamblı ilə birgə toyda iştirakının toy sahiblərinə 100 min avroya başa gəldiyi bildirilir. Toy mərasimində İbrahim Tatlısəs Azərbaycanın əməkdar artisti Aygün Bəylərlə birgə də bir neçə mahnı ifa edib. Toyda xalq artisti Aygün Kazımova, əməkdar artist Ədalət Şükürov, meyxana ustası Vüqar, rəqqasə Məryəm Süleymanova, qarmon ifaçıları Aftandil İsrafilov, Ənvər Sadıqov, skripka ifaçısı Ceyhun və başqaları da çıxış ediblər. Toyun əsas aparıcı müğənniləri isə Brilliant Dadaşova ilə Abbas Bağırov olub. Tanınmış simaların iştirak etdiyi mərasimə kənar şəxslərin qatılmaması üçün xüsusi mühafizəçilərin xidmətindən istifadə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA