TüRKiYƏDƏN ?XOSUME iSTANBUL? SƏDASI GƏLƏCƏK

img

21-03-2009 [01:31]


Bəs ermənilər ?yurdda barış, cahanda barış? deyəcəklərmi? Türkiyənin dövlət teleradio korporasiyası erməni dilində efirə çixan radio təsis edəcək. Bu barədə dünən ?Röyter? agentliyi xəbər yayıb. Radionun öz verilişləri ilə yaxın 2-3 ay ərzində efirə çıxacağı bildirilir. Hazırda Türkiyədə 40-50 min arasında etnik erməni var. Onların çoxu İstanbulda yaşayır. Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyə teleradio korporasiyasının müvafiq addımını şərh etməkdən boyun qaçırıb. Türkiyə tərəfinin versiyasına görə, erməni dilində radio yaradılması iki ölkə arasında münasibətlərin yaxşılışması istiqamətində atılacaq addımların tərkib hissəsidir. Bir müddət əvvəl xəbər verilirdi ki, yaxın illərdə Türkiyədə ermənidilli televiziya kanalı da yaradılacaq. Qeyd edək ki, Avropa İttifaqı və Avropa Şurası Türkiyə hökumətindən ölkə ərazisində kompakt yaşayan etnik azlıqlara bir sıra hüquqlar verilməsini tələb edir. Bu sırada milli azlıqların öz dillərində təhsil almaq, KİV quruluşları təsis etmək, öz mədəniyyət və adət-ənənələrini yaşatmaq və inkişaf etdirmək məsələləri var. Bu yaxınlarda kürd dilində verilişlər yayan telekanalın yaradılması buna misaldır. Ancaq 40-50 min ermənidən ötrü radio təsis edilməsinin arxasında daha ciddi siyasi səbəblər var. Bunu ?Röyter? agentliyi də qeyd edir. Məlum olduğu kimi, son illər Türkiyə dövləti var qüvvəsi ilə ermənilərin könlünü almağa, onların ?erməni genosidi? iddialarından əl çəkməsinə çalışır. Türkiyə tərəfinin etdiyi və edə biləcəyi güzəştləri qəbul edən etməyə həvəsli görünən ermənilər isə çox keçmədən bəyan edirlər ki, bütün bunlara baxmayaraq, onlar ?tarixi ədalətin bərpa olunması? ideyasından əl çəkəsi deyillər və ?erməni genosidi? bütün dünyada, o cümlədən Türkiyədə tanınmayana qədər dincəlməyəcəklər. Bir sözlə, müasir Türkiyə Respublikası 95-96 il əvvəl, Birinci Dünya Müharibəsi zamanı Avropada baş vermiş faciələrin girovuna çevrilib. Maraqlıdır ki, Türkiyədə sərt rejimlərin mövcud olduğu vaxtlarda ermənilər və onların havadarları bu xüsusda irəli gedə, bunu gündəmə çıxara bilmirdilər. Ancaq Türkiyədə rejim yumşaldıqca, sözəbaxan, güzəştə gedən olduqca ermənilər daha da qabağa gəlir, daha çox güzəşt istəyirlər. Söz yox ki, erməni radiosu yaransa da, Türkiyə-Ermənistan sərhədi açılsa da, hətta uydurma ?erməni genosidi? tanınsa da, ermənilər bu dəfə Türkiyəyə qarşı ağlasığmaz ərazi iddiaları irəli sürəcəklər. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR