ELMiRA SüLEYMANOVA AZƏRBAYCANLI JURNALiSTiN ORT-dən çIXARILMASI iLƏ BAğLI RUSiYAYA MüRACiƏT EDiB

img

19-03-2009 [05:39]


Ombudsman Elmira Süleymanova azərbaycanlı jurnalist Elxan Mirzəyevin Rusiyanın ORT kanalından işdən çıxarılması ilə əlaqədar Rusiyanın insan hüquqları üzrə müvəkkili V.P.Lukinə məktubla müraciət edib. E.Mirzəyev əmək hüquqlarının pozulmasına etiraz olaraq həmkarı ilə birlikdə aclıq aksiyası keçirir. E.Süleymanova rusiyalı həmkarından öz səlahiyyətləri çərçivəsində məsələnin obyektiv araşdırılmasını və Mirzəyevin pozulmuş hüquqlarının bərpa edilməsi üçün tədbirlər görülməsini xahiş edib. Məktubda göstərilir ki, V.P.Lukinin bu məsələyə müdaxiləsi Azərbaycan Respublikasının ombudsmanı ilə Rusiya Federasiyasının ombudsmanı arasında imzalanmış əməkdaşlıq sazişinin şərtlərinin həyata keçirilməsinin daha bir təzahürü olacaq. Elxan Mirzəyev 1977-ci ildə Bakıda doğulub. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. ORT-də işləməzdən əvvəl Rusiyanın NTV kanalının müxbiri olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR