Muğam Simpoziumuna 30-a yaxın alim və məzhur isimlər qatılacaq

img

17-03-2009 [01:13]


;n 17-də Tarix Muzeyində ?Muğam aləmi? Beynəlxalq Muğam Festivalı çərçivəsində təşkil olunan Muğam Simpoziumuna həsr olunmuş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə təhsil naziri Misir Mərdanov, AMEA-nın rəhbəri Mahmud Kərimov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də iştirak edib. Təhsil naziri Misir Mərdanov muğ?? və muğama qohum musiqi ənənələrinə həsr olunmuş simpoziumun tarixi əhəmiyyət kəsb etdiyini deyib: ?Belə bir simpozium birinci dəfədir ki, Azərbaycanda keçirilir. Simpoziumuna dəvət olunanlar arasında Avropa, Amerika və Asiyada ənənəvi şərq musiqisini tədqiq edən 30-a yaxın alim, musiqiçi, tədqiqatçı var. Qonaqların arasında məşhur simalar var - YUNESKO-nun eksperti Stiven Blam, Kolumbiya Universitetinin fəxri doktoru Diter Kristensen, Niderlanddan YUNESKO yanında ənənəvi musiqi sahəsi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Uim van Zanten, Fransadan profesor Jan Dyurinq, Berlindən Humbolt Universitetinin professoru Yurqen Elsner, Kaliforniya Universitetinin fəxri professoru Hiromi Lüter Sakata, eləcə də MDB ölkələrinindən tanınmış incəsənət adamları tədbirdə iştirak edəcəklər?. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə simpoziumun Azərbaycan muğamının inkişafı və bütün dünyada populyarlaşmasına, ənənəvi Azərbaycan musiqisinin dünyanın müasir musiqi müstəvisində daha da əhəmiyyətli yer tutmasına geniş imkanlar yaradacağını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA