Keçmiz sevgilisi Azəri qızı Güneli yalançı çıxardı

img

14-03-2009 [01:30]


Rza Zərrab: ?Günel mənimlə barışmaq üçün İbrahim Tatlısəsi elçi göndərdi? Bu günlərdə Azəri qızı Günel keçmiş sevgilisi, iş adamı Rza Zərrabla bağlı maraqlı açıqlamalar verib. Azəri qızı iş adamının indiki sevgilisi Ebru Gündeşin yanından ona sevgi mesajları, hər gün 23 ədəd qızılgül göndərdiyini iddia edib. ?Rza 25, Ebru 35 yaşındadır. Rzanın ailəsi onların evlənməsinə icazə verməz. Eyni evdə yaşayırlar, biz 8 il bərabər olduq, amma bir yerdə qalmadıq?, - deyib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənninin bu açıqlamalarına iş adamının cavabı gecikməyib. Günellə 8 illik münasibətinin ötən ilin oktyabrın 5-də bitdiyini deyən Zərrab keçmiş sevgilisinin bütün dediklərini təkzib edib. ?Biz ayrılandan sonra Günel barışmaq üçün çox cəhd göstərdi, hətta İbrahim Tatlısəsi vasitəsi etdi, mən qəbul etmədim. Ebru xanımla eyni evdə yaşamırıq, lakin Günellə eyni evdə yaşadıq. Ona nə sevgi mesajı, nə də çiçək göndərmişəm. Günel Ebruya olan sevgimi çox gözəl bilir?, deyə iş adamı Günelin yalan danışdığını göstərib. Lalə Yusifqızı

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA