09-03-2009 [05:04]
Peyğəmbərimizn (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyatına qısa nəzər
Rabiul Əvvəl ayının on ikisi Allah təalə bütün bəşəriyyətə mərhəmət olaraq Məhəmməd İbn Abdullah ibn Əbdül Müttalib əl-Haşimi əl-Qurəşinin dünyaya gəlməsinə izn verdi(Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: Fəxr etmək üçün demirəm, mən qiyamət günü Adəm övladının ən şərəflisiyəm. Müsnədi Əhməd: 3, 2, ? 11000.). O dünyaya gəlməmiş atası vəfat edir və o yetim kimi doğulur, altı yaşında isə anası da vəfat edir.
Peyğəmbərimizn (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyatına qısa nəzər
Rabiul Əvvəl ayının on ikisi Allah təalə bütün bəşəriyyətə mərhəmət olaraq Məhəmməd İbn Abdullah ibn Əbdül Müttalib əl-Haşimi əl-Qurəşinin dünyaya gəlməsinə izn verdi(Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: Fəxr etmək üçün demirəm, mən qiyamət günü Adəm övladının ən şərəflisiyəm. Müsnədi Əhməd: 3, 2, ? 11000.). O dünyaya gəlməmiş atası vəfat edir və o yetim kimi doğulur, altı yaşında isə anası da vəfat edir. Beləliklə ata və ana baxımından yetim qalmış Məhəmmədi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) babası Əbdül Müttalib himayəsinə alır. O da iki ildən sonra vəfat edir daha sonra əmisi Əbu Talib onu himayəsinə alır.
O qırx yaşına çatanda Allah təalə ona peyğəmbərlik verir. Allah təalə onu insanlara müjdəçi və xəbərdar edən kimi göndərmişdir. O boynuna düşən şəriət risaləsini insanları zülmətdən nura çıxarmaq üçün onu layiqincə çatdırmışdır. Onun qəbiləsindən olan adlı-sanlı adamlar ona və onun tərəfdarlarına əziyyət verirdilər. Ona itaət edənlər dünyanı satıb axirəti almışdılar. Onlar öz can və malları ilə Allah yolunda cihad etmiş, Allah və rəsuluna kömək etmişlər. Elə Allah təalə onları vəsf edərək buyurur: "(Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir!"(əl-Həşr: 8).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz parlaq dəvətini on üç il Məkkədə davam etdirdi. Sonra Allahın əmri ilə o səhabələri ilə birlikdə Allah yolunda mal-dövlətlərini, övladlarını, evlərini, tərk edib Mədinəyə hicrət etdilər (köçdülər). Mədinə şəhəri onun gəlişi lə iman nuru ilə doldu. Mədinə camaatı da onları xoş qarşılayıb onlara arxa oldular. Ona görə digər qəbilələrlə düşmən oldular. Öz mallarını, evlərini hətta arvadlarını mühacirlərlə bərabər bölməyə razı oldular. İki arvadı olan Mədinəli Ənsar Məkkədən köç etmiş Mühacirə: hansı arvadımı istəyirsən seç onu boşayım sən onunla evlən. Allah təalə onların bu gözəl davranışlarını Öz kitabında vəsf edərək buyurur: "Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr ? məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!"(əl-Həşr: 9).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Mədinə xaricində öz dəvətini davam etdirməklə onu bütün ərəbistan yarımadasına yaymağa müvəffəq oldu. Sonra isə Allahın köməkliyi ilə Məkkə əl-Mükərrəməni fəth edən o əzəmətli gün gəlib yetişdi. Məkkə camaatı İslamı qəbul etdi və bundan sonra bütün ərəbistan yarımadası Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hökmünə tabe oldu.
İyirmi üç il dəvət və cihaddan sonra Allah təalənin buyurduğunu təsdiq edən an gəldi. Təsdiq edilən ayə budur: "Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər"(Ali İmran: 144).
Bu kədərli hadisə baş verəndə sanki dünya zülmətə bürünmüşdü. Axı necə də elə olmasın?!. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Sizlərdən birinizə müsibət baş verərsə o öz müsibətini mənimlə birgə xatırlasın. Həqiqətən mənim ölümüm ən böyük müsibətdir"(Ət-Təbəqat əl-Kubra 2, 275. Albani (Allah ona rəhmət etsin!) Silsilət əl-Əhadis əs-Səhihə adlı kitabında bu hədisin səhih olduğunu bildirmişdir ? 1106.).
Dünya yaradılandan bəri məxluqata Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölümündən daha böyük bir müsibət gəlməmişdir. Baxın budur Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızı Fatimə (Allah ondan razı olsun!) peyğəmbər öləndə belə deyirdi: "Rəbbinin çağırışına səs verən Atam! Aqibəti Firdovs Cənnəti olan Atam!..."(Səhih Əl-Buxari: Kitabul Məğazi, Bab Maradun Nəbiyy (sallallahu aleyhi və səlləm) və vəfatuhu 4, 1619, ? 4193.).
Ənəs İbn Malik (Allah ondan razı olsun!) deyir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Mədinəyə gəldikdə oradan hər şey nur saçırdı. O vəfat edən gün isə Mədinədə hər şey zülmət içərisində idi. Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əlimiz üzülən kimi əvvəlki nuranilik kəsildi"( İbn Macə: Kitabul Cənaiz, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatı, ? 1163.).
Budur Əbu Bəkr Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından sonra Ömərə (Allah onlardan razı olsun!) deyir: Gəl Ummi Əymənin yanına gedib onu ziyarət edək. Biz onun yanına gələndə o ağladı. Onlar Ummi Əyməndən soruşdular: Nə üçün ağlayırsan? Allah dərgahı Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üçün daha xeyirlidir. O buyurdu: Allaha and olsun, mən Allah dərgahının Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üçün xeyirli olub-olmasını bilmədiyim üçün ağlamıram. Mən səmadan vəhyin kəsildiyi üçün ağlayıram". O, onları da belə sözləri ilə ağlatdı(Səhihi Müslim: Kitab Fədailus Səhabə, ? 2454.).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Rəbbinin dərgahına getdi Allahın dini isə yer üzündə qaldı.