Azərbaycanlı ekstrasenslə bağlı zok faktlar

img

09-03-2009 [05:01]


Zirəddin Rzayev rus və erməni Xüsusi Xidmət Orqanlarının tapşırığı ilə Bakıda Satanist klub yaradır? Son illərdə fırıldaqçılıqla pul qazanmaq istəyənlərin sayı kəskin şəkildə artıb. Belə insanların arasında falçılar, ekstrasenslər, baxıcılar kimi şeytan əməli ilə məşğul olanlar üstünlük təşkil edir. Özlərinin qeybi bildiklərini iddia edən (Halbuki qeybi yalnız Allah Təala bilər!) fırıldaqçı şeytan qulluqçuları insanlarımızın həm cibini, həm də ağlını istismar etməkdən çəkinmirlər. Bu şeytan qulluqçularından biri haqqında yenicag.az-a maraqlı məlumatlar daxil olub. Zirəddin Rzayev adlı ekstrasenslə bağlı qəzetimizə daxil olan məlumatda deyilir ki, hazırda Bakıda falçılıq, ekstrasenslik kimi şeytan əməli ilə məşğul olan və qeybi bildiyini iddia edən bu iblis əslində Rusiya xüsusi xidmət orqanlarının agentidir. Əvvəllər ekstrasenslərlə bağlı verilişlərə tamaşaçı kimi qatılan bu Zirəddin Rzayevin iki il öncə Rusiyaya getdiyi və orada Rusiya xüsusi xidmət orqanlarının nəzarətinə düşdüyü bildirilir. Psixoloji savaşın əsas komponentlərindən olan ?beyin bulandırma?, ?insanların beynində şübhə toxumları səpmə? kimi metodlarla qonşu ölkələrin vətəndaşlarına yönəlik mənəvi terroru həyata keçirənlərin falçılar, ekstrasenslər kimi insanlara neqativ enerji aşılayan və bir çox hallarda qarşısındakını özünün köləsinə çevirməyi bacaranlardan istifadə etdiyi çoxdan məlumdur. O da məlumdur ki, təkcə ruslar deyil, böyük xüsusi xidmət orqanlarının bir çoxu tanınmış ekstrasenslərin ?əməyindən? bəhrələnir. İnsanların böyük əksəriyyətinin bu yalanlara inandığını nəzərə alan XXO-lar bəzən ekstrasenslərin açıqlamaları ilə ölkələrin gündəmini belə həll edirlər. Azərbaycanın da əslində ABŞ, İran və Rusiya adlı üç ?div?in maraq dairəsində olan strateji mövqeyə sahib olduğundan əslində burada görünməyən ?istihbarat savaşları?nın yaşanmadığını iddia edə bilmərik. Və belə bir məqamda ekstrasenslərin aktivləşməsini və bir-birlərinin ardınca efirdən boy göstərmələri heç də təsadüf sayıla bilməz. Söhbət heç də ondan getmir ki, XXO-lar bu gün-sabah hansısa əməliyyat keçirəcəklər. Məsələ burasındadır ki, hələlik həmin ekstrasenslərin cəmiyyətə qəbul etdirilməsi prossesi gedir. Necə ki, bir neçə il əvvəl başqa bir ekstrasenslə bağlı həmin prosses gedirdi. Məhz bu məqamda Zirəddin Rzayev adlı ?ulduzu son dönəmlərdə parlayan? falçının Rusiya qaynaqlı olması diqqətçəkicidir. Özünü İslam dininə mənsub estrasens imajı verən Z.Rzayevin dindən, xüsusilə bütün İslam dünyasının sevdiyi Həzrəti Əli (ə) və Əhli-Beytdən (r) öz çirkin məqsədləri üçün istifadə etməsi son dərəcə diqqətçəkicidir. Öz günah əməli naminə İslam dinini ləkələyən Zirəddin Rzayevin bununla əsl vəzifəsini gizlətmək istədiyi anlaşılır. Moskvadakı dostlarımızdan alınan bilgilərdə isə bildirilir ki, ?Zirəddin Rzayev Moskvada yaşayarkən, heç də dinlə bağıl adam belə olmayıb. O, əyyaşlıqla məşğul olub və bütün gününü satanist barlarda keçirirmiş?. Bilindiyi kimi, qərbdə yaranan və Uca Allahı inkar edən satanistlər itaət etdikləri şeytanın sevgisini qazanmaq üçün intihardan və qan içməkdən belə çəkinmirlər. Xüsusilə bütün dinlərin qadağan etdikləri pislikləri həyata keçirməkdən zövq alan satanistlər hətta Allah Təalanın yer üzünün xəlifəsi adlandırdığı insan qanını içməkdən belə zövq alırlar. Bu növ ?insan?ların içində olmaqdan məmnun olan Zirəddin Rzayevin xüsusilə gəncləri hədəf seçdiyi və onlardan ibarət fanat kütləsi yaratmaq istədiyi bu bilgidən sonra daha açıq şəkildə anlaşılır. Çünki onun məhz rus və erməni xüsusi xidmət orqanlarının təlimatı ilə satanist qrupların arasına salındığı və orada təlimini başa vurduqdan sonra Azərbaycana gələrək, burada satanist qruplar yaratmaq istədiyi barədə məlumatlar var. Xüsusilə, 2006-cı ildə Moskvadakı erməni ekstrasens dostları ilə birlikdə İrəvana gizli səfər etməsi ilə bağlı məlumatların dolaşması şübhələri daha da artırır. Məlumatda o da deyilir ki, bir çox ekstrasenslə birlikdə Bakı kənarında tez-tez bir araya gələn Zirəddin Rzayev adlı ekstrasens hazırda Bakıdakı satanistlərin də sevimlisidir. Belə ki, azlıq olsa da mövcud olduqları dövlət rəsmiləri tərəfindən təsdiqlənən satanistlər bu şəkildə ideyalarını efirdən yaymaq şansı əldə edirlər. Elə Ziəddin Rzayevin şübhəli davranışları, xüsusilə bu barədə suallar və ittihamlarla üzləşməmək üçün dünən ATV-də verilişə çıxmaqdan imtina etməsi torbada pişik olduğundan xəbər verir. Yalnız kəskin sualların verilməyəcəyi və öz fikrini yayacağı yerlərdə görünməsi onun barəsində deyilənlərin həqiqət olması barədə rəy formalaşdırır. İnanırıq ki, Azərbaycan dövləti ölkəmizə qarşı psixoloji silah kimi istifadə edilən ekstrasens bəlasının ən azından efir vasitəsi ilə beyinləri zəhərləməsinin qarşısını alacaq... Elşad/Yeni Çağ

Digər xəbərlər
SON XƏBƏRLƏR