Azərbaycanlı məzqçi ağır virusa yoluxub

img

09-03-2009 [04:21]


Azərbaycan cüdo yığmasının sabiq üzvü Mehman Əzizov ağır xəstəliyə düçar olub. Bu haqda apasport.az saytına məlumat verən Əzizovun sözlərinə görə, onda Hepatit C virusu aşkarlanıb. Veteran idmançı bir müddət öncə Rusiyanın paytaxtı Moskvada müayinədən keçib. Həkimlər Əzizovun Bakıda müalicə olunması barədə rəy veriblər. Ancaq müalicə 33 yaşlı cüdoçuya asan başa gəlməyəcək: ?Səhhətim yaxşılaşacaq. Sadəcə, müalicə olunmalıyam. Sağ olsun Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov, müalicə xərcini öz üzərinə götürüb. Buna görə, Füzuli müəllimə dərin minnətdarlığımı bildirirəm?. Hazırda məşqçi kimi fəaliyyət göstərən Əzizov 3 dəfə - 2000-ci, 2004-cü və 2008-ci ildə keçirilmiş yay olimpiya oyunlarında iştirak edib. Onun olimpiadalarda göstərdiyi ən yüksək nəticə 5-ci pillədir. Əzizov ötən ilin payızından, Pekin Olimpiadasındakı uğursuzluqdan sonra məşqçi işləməyə başlayıb. Qeyd edək ki, Hepatit C ağır qaraciyər xəstəliyidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA