13-11-2015 [22:47]
Nüsrət Məmmədov,
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Cənab Prezident,
Noyabr ayının 11 də Qırğızıstan Milli kitabxanasında dahi şairimiz Bəxtiyar Vahabzadəinin 90 illliyinə həsr olunmuş tədbir keçirilirdi. Tədbir «Türksoy»un xətti ilə həyata keçirilməli idi. Hansı yollasa Azərbaycanın Qırğızıstandakı səfirliyi də tədbirin təşkilatçıları sırasında yer aldı (yəqin görüntü yaratmaq istəyirdilər ki səfirlik də nə işi isə görür. Həm də mətbuatda adlarının çəkilməsi də artıq olmaz). Bəxtiyar Vahabzadənin 90 illiyi ilə əlaqədar Türkiyədə «Türksoy»un xətti ilə "Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabı nəşr edilmişdi. Kitabda ölməz şairimizin türkdilli dövlətlərin dilinə tərcümə edilmiş 90 şeiri yer almışdı. Qırğız dilinə isə B. Vahabzadənin şeirləri rəhbəri olduğum Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) təşəbbüsü ilə tərcümə edilmişdi. Kitab nəşrə hazırlananda Türksoyun nüməyəndələri məndən şairin qırğız dilində olan şerirlərini göndərməyi xahiş etmişdi. Mən də həmin şeirləri kitabda yer alması üçün kitabın tərtibatçılarına göndərmişdim.
Kitab nəşr edildi. "Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabında bizim sifarişimizlə (yəni maliyə dəstəyimizlə. Tərcümə etdirdiyimiz bütün əsərlərə biz səhifə hesabı pul ödəyirik) Baxtıgül Çoturovanın tərcümə etdiyi "Biz bir gəminin yolçularıyıq” kitabından şeirlər yer alıb. "Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabında kitabın ərsəyə gəlməsində TDSDF və onun rəhbərinin əməyini dəyərləndirən məlumat var.
Həmin tədbirə mən Qırğızıstan Milli yazıçılar ittifaqı tərəfindən dəvət almışdım. Təyin olunan vaxt mən gəldim tədbirin keçirilməsi nəzərdə tutulan Qırğızıstan Milli kitabxanasına. Özümlə tərcümə etdirib nəşr etdiyimiz Ulu Öndərimizin işıqlı həyatından, Azərbaycanın tarixindən bəhs edən bir neçə kitab götürmüşdüm. Fikrim həmin kitabları «Türksoy»un nümayəndələrinə hədiyyə etmək idi ki, Türkiyədəki Türksoyun iqamətgahında həmin kitablardan olsun. Milli kitabxananın foyesində masanın üstündə "Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitablarını düzmüşdülər. Mən qoltuğumda kitablarla içrəri daxil olanda kitablar düzülən masanın yanındakı qızlar qoltuğumdakı kitabları gördü. Məndən xahiş etdilər ki, olarmı o kitabları da masanın üstünə düzək? Mən dedim ki, böyük məmnuniyyətlə. Kitabları həmin qızlara verdim. Onlar da öz növbəsində kitabları masanın üzərinə düzdülər.
Tədbirin başlamasına hələ vaxt var idi. Mən bayıra çıxıb bizim sifarişlərimizi yerinə yetirən tərcüməçi şair və yazıçıların gəlməsini gözləyirdim. Təxminən 10 dəqiqə sonra kitabxananın foyəsinə daxil olanda gördüm ki mən gətirdiyim kitabları masanın üzərindən yığışdırıblar. Qızlardan soruşdum ki, kitabları nə səbəbə masadan yığışdırmısınız? Səfiliyin Fərhad adlı nümayəndəsini göstərərək dedilər ki, onun tələbi əsasında bizə göstəriş verdilər.
Bu, Azərbaycanın yüksək maaşını alaraq, Qırğızıstanda Azərbaycanı təmsil etmək adı ilə Azərbaycanı biabır etmək deyilmi? Onların Ulu Öndərimizə, tariximizə etdiyi hörmət budurmu?
Bu şeyin bir adı var RƏZALƏT! BİABIRÇILIQ!
Səfirliyin həmin əməkdaşının göstərişi ilə kitabxananın iki əməkdaşı yanıma gələrək kitabxananı tərk etməyimi dedi. Dedilər ki, Hidayət Orucov sən olan yerdə olmaq istəmir. Mən də onalara cavab olaraq dedim ki, mən olan yerdə olmaq istəmirsə gəlməsin, getsin. Onlar israrla tələb etdilər ki, mən kitabxananı tərk edim. Sonra süddə bəslənən küçüyə bənzəyən birisi gəldi yanıma. Heç bir məna ifadə etməyən, kök sifətindən hiss olunurdu ki onun əqidəsi ilə ağlı eynidir, yəni heç biri yerində deyil. Özünü səfirliyin əməkdaşı kimi təqdim edərək adının Ramil olduğunu dedi. O mənə öyüd nəsihət verməyə başladı ki, B. Vəhabzadə böyük şairdir, gərək mən B. Vəhabzadəni Qırğızıstanda biabır eləməyəm. Böyük şairimizi biabır etməmək üçün gərək mən bu tədbirdə iştrak etməyəm. Kitabxananı tərk edəm.
Cavabında dedim ki, indi sizin şöhrət xatirinə təqdimatını keçirmək istədiyiniz kitabdakı qırğız dilindəki şeirlər mənim maliyəmlə tərcümə edilib. Bu haqda kitabda məlumat var. Bəxtiyar Vahabzadə qırğız oxucularına mənim sayəmdə tanınıb, sizin YOX!
Mənim maliyə və sifarişimlə Bəxtiyar Vahabzadənin qırğız dilinə 350 səhifəlik "Biz bir gəminin yolçularıyıq” kitabı, ən başlıcası isə hələ 1958-ci ildə yazılmasına baxmayaraq, bütün dünyaya şairi tanıdan "Gülüstan” poeması ilk dəfə mənim maliyə və sifarişimlə başqa dillərə bir neçə il bundan əvvəl tərcümə edilərək, nəşr olunub pulsuz yayılıb. Siz özgənin əməyini özünüzküləşdirib özünüzü təbliğ etməkdən başqa, şər-böhtançılıqdan, demaqoqluqdan, donosçuluqdan başqa nə eləmisiniz? İndi qırğızlar sizin "əməyiniz” sayəsində burada yaşayan azərbaycanlıları şər-böhtançı, demaqoq, donosçu kimi tanıyırlar. "Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının təqdimatı isə sizin yox, mənim haqqımdır. Mən kitabxananı tərk edərəm bir şərtlə, həmin kitablar masadan yığışdırılsın, təqdimatını gələcəkdə özümüz təşkil edəcəyik. Sizin o kitabın təqdimatını keçirməyə hüququnuz yoxdur! Əgər kitabın təqdimatını keçirməyə cəhd etsəniz rəhbəri olduğum Heydər Əliyev Fondunun adından bəyanat yayacağam. Bəsdirin özünüzü təlxək yerinə qoyaraq millətimizi, dövlətimizi, Prezidentimizi biabır etdiniz.
Mən başa düçdüm ki, Azərbaycanın Qırğızıstandakı səfiri, şöhrətərəst Hidayət Orucovun ətrafında, öz sözləri olmayan, balaca bir payin müqabilində əmrəmüntəzir tulalar toplanıb.
Bütün görüşdükləri şəxslərə "Mən Heydər Əliyvə və ailəsinə ən yaxın adam idim, indi də İlham Əliyevə və ailəsinə ən yaxın adam mənəm” deyən Hidayət Orucovun budurmu Ulu Öndərimizə məhəbbəti?
Masanın üzərindən Ulu Öndərimizin həyatını, Azərbaycanın tarixini, Türk dünyasının tarixini özündə əks etdirən kitabları yığışdırılmasına göstəriş verən Hidayət Orucovun Ulu Öndərimizin həyatı, Azərbaycanın tarixi, xalqı, türk tarixi, xalqı haqqında danışmağa ixtiyarı belə yoxdur. Hidayət Orucovun maskasız sifətini bir neçə dildə nəşrə hazırladığım "İblislərin yaramazlığı” kitabında (mətbuatda kitabdan parçalar nəşr edilir) təkzibolunmaz fakt və sübutlarla (yazdığı donosların surətləri əlimizdədir) yaxın zamanlarda görəcəklər. Mən belə hesab edirəm ki, kitabın nəşri və yayılması mənim Azərbaycan xalqına, Prezidentimiz İlham Əliyevə növbəti xidmətim olacaq. Çünki Hidayət Orucovun Azərbaycanın imicinə, Prezidentimiz İlham Əliyevin imicinə vurduğu zərbə hazırda mətbuatın gündəmini zəbt edən MTN işini kölgədə qoyacaq.
Bilirəm, bu məktubum da Hidayət Orucovun AR PA- dakı himayədarları sayəsində heç bir tədbir görülməyəcək. Hələ çalışacaqlar məni günahlandırmağa. Bu, vaxt gələcək, Prezidentimizə onun ətrafında oturaraq, Prezidentimizin çörəyini yeyərək xəyanəti kimi qiymətlənidirəcək. Əminəm ki, hansısa yollarla biz Prezidentimizə bütün bu xəyanətləri təfsilatları ilə gec-tez çatdıracağıq.
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq