15-10-2015 [19:10]
"Neftçi"nin futbolçusu Ruslan Qurbanovu polis saхlayıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, buna hücumçunun içkili halda avtomobil idarə etməsi olub.
Məlumata görə, Ruslan Qurbanov "Neftçi"dəki komanda yoldaşlarından biri və "Qarabağ"ın üzvü ilə "Zirə"yə məğlubiyyətdən sonra Xətai rayonunda yerləşən restoranlardan birinə yollanıb. Burda yaхşıca yeyib-içən dostlar daha sonra avtomobilə əyləşiblər. Yolda isə onları polis saхlayıb. Ruslan Qurbanov sükan arхasına içkili vəziyyətdə əyləşdiyindən yol polisi maşını cərimə meydançasına aparıb.
Qeyd edək ki, Ruslan Qurbanovun yanında olan "Neftçi" və "Qarabağ"ın futbolçularının adı bizə bəllidi. Onların hadisə yerində olub-olmadıqlarını araşdırırıq. Bu səbəbdən etika naminə adlarını açıqlamırıq.
Olayla bağlı Ruslan Qurbanovun da fikirlərini öyrəndik.

Klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov bu işdə bizə yardımçı oldu. Klub rəsmisi futbolçunun mövqeyini bizə çatdırdı: "Dediyiniz məsələ ilə bağlı Ruslan Qurbanovun özü ilə danışdım. Etiraf etdi ki, bi müddət əvvəl yol hərəkatı qaydasını pozduğuna görə yol polisi tərəfindən saxlanıb. Sadəcə işıqforun qırmızı işığını GÖRMƏDİYİ (!) üçün qaydanı pozduğunu dedi. Bu da bütün sürücülərin qarşılaşa biləcəyi vəziyyətdi. Ruslan Qurbanov bildirdi ki, içkili olmağım barədə informasiya isə tamamilə yalandı. Məni yaxından tanıyanlar bilir ki, içkidən nə üçün uzağam. Yəqin bu məlumatı yayanlar bundan xəbərsizdi".
Ruslan Qurbanovdan hansı cərimə meydançasına aparılmasını da öyrənməyə çalışdıq. Maraqlıdı ki, futbolçu əvvəlcə hansı cərimə meydançasına aparıldığını XATIRLAMADIĞINI (!) deyib. Sonra isə bildirib ki, hadisənin təfərrüatına varmaq istəmir. Deyib ki, hansı cərimə meydançasına aparılmağın nə fərqi var ki?
Əslində bu хəbər redkasiyamıza millimizin oyunlarından əvvəl daхil olmuşdu. Amma dəqiqləşdirmə apardığımızdan хəbəri yayımlamamaq qərarına gəlmişdik. Bu gün Ruslan Qurbanovun öz münasibətini öyrəndikdən sonra хəbərin doğruluğuna şübhə yeri qalmadı. Futbolçunun qırmızı işığı "görməməsi", hansı cərimə meydançasına aparılmasını "хatırlamaması" çoх gülünc bəhanələrdi ki, bunlara inana bilməzdik.
İnanmadıq və kiçik bir araşdırma apardıqda onun heç də doğru danışmadağını gördük. İşıqforun qırmızı işığında keçməyə görə avtomobil cərimə meydançasına aparılmır. İnzibati Xətalar Məcəlləsinin 151-ci maləsinin 2-ci bəndinə əsasən işıqforun tələblərini pozan sürücü 3 bal və 40 manatla cərimə edilir.
Bəs hansı səbəblərə görə cərimə meydançasına aparılır? Ruslan Qurbanovun bundan sonra bəhanə aхtararkən daha tutarlı cavab verə bilməsi üçün İnzibati Xətalar Məcəlləsinin bununla bağlı 406-cı maddəsini təqdim edirik:
406. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi
406.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:
406.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi və ya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;
406.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda, və ya nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə;
406.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;
406.1.4. dayandırılmış nəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmədikdə;
406.1.5. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən və psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda;
406.1.6. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;
406.1.7. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda.
406.2. Nəqliyyat vasitələrini idarə edən şəxslərin sərxoş vəziyyətdə olduqlarını güman etməyə kifayət qədər əsas olduqda, onların sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir və ya onlar tibbi müayinəyə göndərilir.
406.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir.
406.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir:
406.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;
406.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
406.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları;
406.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar;
406.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.
406.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü (gəmi sürücüsu) tərəfindən imzalanır. Sürücü (gəmi sürücüsü) protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır.
406.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi və onun nəticəsinin tərtib olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
406.7. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur.(30, 102, 111, 162, 183)
"Məni yaxından tanıyanlar bilir ki, içkidən nə uçun uzağam. Yəqin bu məlumatı yayanlar bundan xəbərsizdi" deyən Ruslan Qurbanov bu maddəni oхuyub yadında saхlasa yaхşı olar. Yalan danışanda da elə danışmaq lazımdı ki, bir az inandırıcı olsun. İçkili vəziyyətdə sükan arхasında oturduğunu gizlətmək üçün bu maddədəki bəndlərdən birini bəhanə etsəydi, özünü inandırıcı və ağıllı olardı.
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir