Niyaməddin Orduxanlı deputatlığa namizəd oldu

img

24-09-2015 [16:15]


"BAXCP İdarə Heyətinin qərarı ilə deputatlığa namizədiyim 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən irəli sürüldü. Artıq bu gün BAXCP-nin səlahiyyətli nümayəndəsi tələb olunan sənədləri 44 saylı Sumqayıt-Xızı Dairə Seçki Komissiyasına təqdim edib və sənədlərin qəbul olunması ilə bağlı arayış alıb”.

Bu fikirləri mia.az-a BAXCP sədrinin siyasi və ictimai məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bundan sonra Dairə Seçki Komissiyasının qərarını gözləyəcək: Qanunla 5 gün müddətində baxılmalıdır. İmza vərəqəsi verilən günü imza toplama kampaniyasını aparacağıq. BAXCP-nin Sumqayıt şəhərində çox güclü bazası var. İnanıram ki, qısa müddət ərzində tələb olunan 500 imzanı toplayacağıq.”

Qeyd edək ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən YAP-ın namizədi Əsgərov Nurlan Bəşir oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA