Daha bir seçki bloku boykota hazırlaşır - TOPLANTI

img

20-09-2015 [20:37]


"Azadlıq -2015" siyasi partiyalar blokuna daxil olan partiyalar parlament semkisindən geri çəkilmək niyyətindədir. 

Bu barədə Bolkdan Mia.az-a verilən məlumata görə, məslə toplantıda müzakirəyə çıxarılıb:

"Toplantıda irəli sürülmüş namizədlərin, bloka daxil olan bəzi  siyasi partiyaların sədrlərinin Milli Məclisə bu ilin 1 noyabrına təyin edilmiş seçkilərdə iştirakdan kənarlaşmaq barədə müraciətləri müzakirə edilib. İmza vərəqləri almaq üçün müraciətlərə qanunsuz əngəllər törədilməsi, namizədlərin müdafiəsi üçün  imza toplanmasına manelər yaradılması, irəli sürülmüş namizədlərin öz namizədliklərindən imtinası üçün onlara təzyiqlər, o cümlədən yaxın qohumların təhdid edilməsi vasitəsi ilə təzyiqlər edilməsi, habelə demokratik beynəlxalq aləm  və bir sıra yerli siyasi qüvvələr tərəfindən  bu seçkilərin boykot edilməsi əsas göstərilərək həmin müraciətlərdə tələb edilir ki,  blok seçkilərdə iştirakdan imtina etsin və namizədlərini geri çəksin. 

Müzakirələrdə qeyd olunan faktlarla yanaşı, seçkiətrafı ümumi siyasi mühitin iqtidarın hətta imitasyon demokratiya modelindən də imtina etməsi əlaməti kimi dəyərləndirilib. Məsələnin Azərbaycan siyasətində geosiyasi vektor dəyişikliyi ilə nəticələnə biləcəyindən xüsusi narahatlıqlar ifadə edilib. Seçkilərdə iştirak tərəfdarları seçkilərdən demokratik mübarizə vasitəsi  kimi istifadə  strategiyasının yarımçıq saxlanmasının fəsadlarını göstəriblər. Qərara alınıb ki, məsələ bloka daxil olan siyasi partiyaların kollegial səlahiyyətli orqanlarında baxıldıqdan və müvafiq qərar qəbul etmələrindən sonra həmin qərarlar nəzərə alınmaqla yekun qərar qəbul edilmək üçün  yenidən müzakirəyə  çıxarılsın.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA