"Ümidlərinizi doğrulda bilmədim..." - Azər Həsrət geri çəkildi

img

22-09-2015 [17:15]


Noyabrın 1-də baş tutacaq parlament seçkisinə qatılacağını xeyli əvvəldən bəyan edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri Azər Həsrət bu gün iddiasından geri çəkilib.

Mia.az xəbər verir ki, bu barədə onun özü məlumat verib:

"Dostlar, öncədən elan etmişdim ki, deputatlığa namizədliyimi irəli sürəcəm. Amma hazırda şərtlər uyğun olmadığı üçün iddiamdan vaz keçməyi qərara alıram. Bu iddiamda mənə inanan, güvənən və həvəslə yardım etmək istəyən bütün dostlara və tərəfdarlarıma təşəkkür edirəm. Eyni zamanda, üzr istəyirəm ki, sizin ümidlərinizi özümdən asılı olmayan səbəblərə görə bu dəfə doğrulda bilmədim".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA