Yevlaxda həbslər: - Tale Bağırzadə və yaxınları saxlanıldı

img

25-09-2015 [17:07]


"Müsəlman Birliyi Hərəkatı”nın sədri, ilahiyyatçı Tale Bağırzadə Yevlax rayonunda saxlanılıb.

Bu barədə Tale Bağırzadənin yaxınları məlumat verib.

Məlumatda qeyd olunur ki, Tale Bağırzadə bu gün səhər saatlarında ailəsi ilə birlikdə Yevlax rayonuna səfər edib. O, rayon məscidlərindən birində cümə namazında çıxış edən zaman hüquq mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb. Tale Bağırzadənin hazırda Yevlax Rayon Polis İdarəsində olduğu bildirilir.

T.Bağırzadəni apararkən dindarlarla hüquq mühafizə əməkdaşları arasında qarşıdurma yaranıb. Onlar dindarlara ilahiyyatçının 20 dəqiqədən sonra buraxılmasına söz versələr də bu həyata keçirilməyib. MHB sədrinin saxlanıldığı bölmə xüsusi təyinatlılarla əhatə olunub.

T.Bağırzadəylə birgə daha bir neçə dindarın saxlanıldığı bildirilir(AzadXeber.az).

Son məlumata görə, artıq onun və yaxınlarının izahatı alınaraq buraxılıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA