Abdolbari Gozal yeni vəzifəyə getdi - "Qarabağ"da dəyişiklik oldu

img

21-09-2015 [19:38]


"Qarabağ” futbol klubunun rəhbərliyində struktur dəyişikliyi olub.

Mia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ”ın prezidenti Abdolbari Gozal klubun fəxri prezidenti seçilib. Klubun prezidenti funksiyasını isə "Qarabağ”ın vitse-prezidenti olmuş Tahir Gözəl yerinə yetirəcək. Klubun baş sponsoru "Azersun Holding”in rəhbər heyətindən Fevzihan Aras vitse-prezident təyin olunub.

Xatırladaq ki, Tahir Gözəl 2004-cü ildə "Qarabağ”ın vitse-prezidenti təyin olunub. Həmin tarixdən bu günədək "Qarabağ” iki ölkə çempionluğu yaşayıb, üç dəfə ölkə kubokuna sahib olub. Avropa Liqasının qrup mərhələsində 2 dəfə çıxış etməklə ölkə futbol tarixində bir ilki bacarıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR