"Azdrama"nın kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib

img

05-09-2015 [22:15]


Akademik Milli Dram Teatrının kollektivi tanınmış teatr və kino aktyoru, "Şərəf” ordenli, Xalq artisti Səyavuş Aslanın anadan olmasının 80-ci ildönümü münasibətilə Fəxri Xiyabanda olub. 

Teatrdan Mia.az-a verilən məlumata görə, sənət dostları görkəmli aktyorun  məzarını ziyarət edib, əklil qoyub. Teatrın bədii rəhbəri Azər Paşa Nemət çıxış edərək, Səyavuş Aslanın yaradıcılığı haqqında danışıb, görkəmli aktyorun Azərbaycan teatr və kino sənətində əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

Kollektiv daha sonra Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı Yaşar, milli rejissor sənətinin sütunları Adil İsgəndərov və Tofiq Kazımovun da məzarını ziyarət edib. Kollektivin üzvləri bu iki rejissorun Azərbaycan teatrı qarşısındakı misilsiz xidmətlərindən danışıb və qeyd ediblər ki, bu sənətkarlardaim ehtiramla yad ediləcək və teatrsevərlərin ürəyində yaşayacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR