Nazirlik qərar verdi - Qalmaqal yaranan teatrda rəhbərlik təsdiqləndi

img

01-09-2015 [13:36]


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov yenidən bu vəzifəni daşıyacaq.

 APA-nın teatrdan əldə etdiyi məlumata görə, onun Mədəniyyət və Turizm Nazirliyi ilə olan müqaviləsi bu gün yenilənib.

 Qeyd edək ki, bu gün həmçinin Azərpaşa Nemətov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib və kollektivə təqdim olunub.

 Xatırladaq ki, İ. İsrafilov ilk dəfə 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilib.

Mia. az bildirir ki,  teatr bir aydır "Azdram"a da ciddi qalmaqal yaşayır. Tanınmış aktyorlar  direktor İsrafil İsrafilova qarşı çıxış edərək onun vəzifədən götürülməsini tələb edirdilər. Bir neçə gün əvvəl isə bir qrup aktyor bu xahişlə prezidentə müraciət edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR