Sərdar Cəlaloğlu namizədlərini açıqladı - ADP-nin siyahısı

img

26-08-2015 [14:47]


Bu gün Azərbaycan Demokrat Partiyasının Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilərlə əlaqədar yaratdığı Mərkəzi Seçki Qərargahının ilk toplantısı keçirilib.

Mia.az xəbər verir ki, toplantıda Milli Məclisə bu ilin noyabrında keçirilməsi planlaşdırılan seçkilərdə partiyadan olan namizədlərin ilkin siyahısı, seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq atılacaq addımların müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib. Eyni zamanda seçkilərdə partiya adından iştirakı dəqiqləşdirilən aşağıdakı ilkin siyahının açıqlanması qərarlaşdırılıb:

Sərdar Cəlaloğlu – 9 saylı Binəqədi 2-ci seçki dairəsi;
Həsrət Rüstəmov – 14 saylı Xəzər seçki dairəsi;
Taliyyət Əliyev – 21 saylı Nəsimi 1-ci seçki dairəsi;
Rəşid Mansurov – 22 saylı Nəsimi 2-ci seçki dairəsi;
Bəhruz Məmmədov – 23 saylı Nəsimi-Səbail seçki dairəsi;
Nurəddin İsmayılov – 25 saylı Nizami 2-ci seçki dairəsi;
Zakir Hüseynov – 34 saylı Xətai 2-ci seçki dairəsi;
Vasif Abdullayev – 35 saylı Xətai 3-cü seçki dairəsi;
Xaliddin Cahangirov – 42 saylı Sumqayıt 2-ci seçki dairəsi;
İsa Cəfərov – 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi;
Kamil İsayev – 46 saylı Şirvan seçki dairəsi;
Cəbrayıl Dünyamalıyev – 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi;
Daşqın Nuriyev – 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi;
Məmmədağa Eynullayev – 70 saylı Masallı şəhər seçki dairəsi;
Rahib Həşimov – 75 saylı Lənkəran-Masallı seçki dairəsi;

MİA.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA