AMİP deputatlığa namizədlərinin adlarını açıqladı – SİYAHI

img

26-08-2015 [11:25]


25 Avqust 2015-ci il tarixdə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Rayon Təşkilat Sədrlərinin iştirakı ilə AMİP Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda qarşıdan gələn parlament seçkiləri və AMİP-in seçkilərdə iştirakı ilə bağlı məsələ müzakirə olunub.

AMİP Siyasi Şurası 2015-ci il Milli Məclisə seçkilərdə partiyanı təmsil edəcək namizədlərin bir qismini təsdiq edib. Qərara alınıb ki, digər dairələr üzrə namizədlərin irəli sürülmüş namizədlərin təsdiq olunması Siyasi Şuranın növbəti iclasının gündəliyinə salınsın.

Qərara əsasən, aşağıda adları qeyd olunan şəxslərin namizədliyi AMİP tərəfindən irəli sürülüb:

1. 9 saylı Binəqədi ikinci seçki dairəsi- Əli Orucov,AMİP Siyasi Şurasının üzvü , "Millət” qəzetinin baş redaktoru

2. 15 saylı Yasamal birinci seçki dairəsi- Elşən Mustafayev, AMİP Beynəlxalq Əlaqələr Katibi

3. 19 saylı Nərimanov birinci seçki dairəsi- Eldar Hüseynov, AMİP Siyasi Şurasının üzvü

4. 23 saylı Nəsimi-Səbail seçki dairəsi- Suğra Nəcəfova, AMİP Mərkəzi Şurasının üzvü

5. 25 saylı Nizami ikinci seçki dairəsi- Məmmədəli Səfərov, AMİP Nizami RT sədri

6. 31 saylı Suraxanı ikinci seçki dairəsi- Ayaz Rüstəmov, AMİP Mərkəzi Şurasının üzvü

7. 34 saylı Xətai ikinci seçki dairəsi- Məhərrəm Həsənov- AMİP Siyasi Şurasının üzvü

8. 38 saylı Nizami ikinci(Gəncə) seçki dairəsi- Yusif Bağırzadə, AMİP sədri

9. 41 saylı Sumqayıt birinci seçki dairəsi- Dünyamin Əhmədli, AMİP Sumqayıt RT sədri

10.79 saylı İmişli seçki dairəsi- Tapdıq Həsənov, AMİP İmişli RT sədri

11.87 saylı Ağsu-İsmayıllı seçki dairəsi- Elçin Əzizov – AMİP üzvü

12. 90 saylı Ağdaş seçki dairəsi- Loğman Əliyev- AMİP Mərkəzi İntizam Komissiyasının üzvü

13. 102 saylı Samux-Şəmkir seçki dairəsi-İradə Həsənova , Samux RT sədri

14. 113 saylı Şəki şəhər seçki dairəsi- Əbulfəz Bağırov, AMİP Şəki RT sədri

15. 119 saylı Ağdam kənd seçki dairəsi- Yaşar Həsənov, AMİP Ağdam RT sədri


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA